Tramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildirib
Dünya
253
20:00, Bu gün

Tramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildirib

Livanın Prezidenti Cozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan rəhbərinin dəftərxanasınn bəyanatında deyilir.

"Tramp Auna atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyi barədə məlumat verib, Livana və onun rəhbərliyinə dəstəyini ifadə edib", - deyə bəyanatda qeyd olunur .

Öz növbəsində C.Aun qeyd edib ki, atəşkəs sülh prosesi üçün başlanğıcdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər