Trampdan İrana görə Si Cinpinə sərt mesaj
Dünya
525
15 Apr 2026 | 18:16

Trampdan İrana görə Si Cinpinə sərt mesaj

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpindən İrana silah satmamağı tələb etdiyi və Pekinin bu addımı atmayacağına dair söz verdiyi barədə danışıb.

Moderator.az xəbər ki, Birləşmiş Ştatların rəhbəri bu məsələyə "Fox Business" telekanalına müsahibəsi zamanı toxunub.

Tramp qeyd edib ki, Çin lideri ilə əlaqə saxlamazdan əvvəl onda Pekinin Tehrana hərbi sursat verə biləcəyi barədə məlumatlar olub.

"Mən ona (Si Cinpinə) bu addımı atmamasını xahiş edən məktub göndərdim, o isə cavab məktubunda belə bir fəaliyyətlə məşğul olmadığını bildirdi", - deyə ABŞ dövlət başçısı vurğulayıb.

Müsahibə zamanı o da diqqətə çatdırılıb ki, Çinlə əməkdaşlıq etmək onun üçün heç zaman asan olmayıb, lakin buna baxmayaraq, Çin Xalq Respublikasının sədri ilə müsbət əlaqələr qura bilib.

Xatırladaq ki, aprel ayının 12-də Tramp Pekinin İrana hərbi təchizat həyata keçirəcəyi halda Çin üçün "ciddi problemlər" yaranacağı barədə xəbərdarlıq etmişdi.

Link kopyalandı!
Son xəbərlər