Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən yeniyetmələr SAXLANILDI
617
03 Apr 2026 | 11:48

Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən yeniyetmələr SAXLANILDI

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.

Bizim.Media xəbər verir ki, qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə sözügedən şəxslər binanın fasadına boya ilə müxtəlif sözlər yazaraq cızma-qara ediblər. Operativ tədbirlər nəticəsində həmin barbarlıq aktının izləri qısa müddətdə silinib və binanın ilkin görünüşü bərpa edilib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər