İtaliyada ölən miqrantların sayı 45-ə çatdı
1409
26 Feb 2023 | 17:50

İtaliyada ölən miqrantların sayı 45-ə çatdı

İtaliya sahillərində miqrantları daşıyan qayığın qayalara çırpılaraq batması nəticəsində həlak olanların sayı 45 nəfərə yüksəlib.

Bizim.Media xəbər verir ki, indiyədək 80 nəfər xilas edilib, onlardan 20-si xəstəxanaya yerləşdirilib. Ümumilikdə 45 cəsəd sudan çıxarılıb, qurbanlar arasında çoxlu uşaq və qadın var. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qayıqda 180 və ya 250 nəfərin olduğu, həlak olanların sayının isə 100-ü ötəcəyi bildirilib.

İtaliyanın Baş naziri Ciorcia Meloni hadisədən kədərləndiyini, əlverişsiz hava şəraitində 200-dək insanı daşıyan qayığın dənizə salınmasının cinayət olduğunu bildirib.
O, hökumətin miqrant qayıqlarının hərəkətini məhdudlaşdırmaqda və belə faciələrin qarşısını almaqda qərarlı olduğunu qeyd edib.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk də çoxlu sayda insanın ölümündən kədərləndiyini bildirib, insanları dualar etməyə çağırıb.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi baş verənlərin böyük bir faciə olduğunu, miqrantları daşıyan qayıqlarının hərəkətinin qarşısının alınması istiqamətində tədbirlərin davam etdiriləcəyini deyib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər