İsrail Ukrayna taxılını daşımaqda şübhəli bilinən Rusiya gəmisinə qarşı tədbir görə bilməyəcəyini bildirib, səbəb isə gəminin artıq Hayfa limanını tərk etməsidir.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.
İsrailin xarici işlər naziri Gideon Saar ukraynalı həmkarı Andrey Sibiqaya müvafiq mesaj göndərərək gəminin saxlanılmasının artıq mümkün olmadığını qeyd edib. Bununla yanaşı, İsrail tərəfi gəminin limana daxil olmasından iki həftə əvvəl vəziyyətdən xəbərdar idi.
Mənbələrin məlumatına görə, Ukrayna tərəfi Rusiyanın işğalı altında olan ərazilərdən çıxarıldığı ehtimal edilən buğda yükünün müsadirə edilməsində israr edib.
Daha əvvəl Ukrayna İsraili Ukrayna taxılı daşıyan "ABINSK" adlı Rusiya gəmisinin Hayfa limanına daxil olmasına yol verdiyinə görə ittiham etmişdi.