Ağdam şəhərinə növbəti köç olacaq
Ekskluziv
528
20:41, Bu gün

Ağdam şəhərinə növbəti köç olacaq

Moderator.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam sakinləri arasında evlərin bölgüsünə dair püşkatma keçirilib.

Seçim mərhələsi zamanı qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və həmin bölgələrə həyatın qaytarılması dövlət siyasətinin əsas prioritetlərindəndir. 

Aprelin 15-də keçirilən püşk atmada 246 ailə iştirak edib. Ümumilikdə isə ilin sonunadək 3 422 ailənin mərhələli şəkildə köçürülməsi planlaşdırılır. Bildirilib ki, məcburi köçkünlərin təhlükəsiz və mərhələli şəkildə öz yurdlarına dönüşü “Böyük Qayıdış” proqramı çərçivəsində davam etdirilir.

Keçmiş məcburi köçkünlər bu ayın sonuna kimi, doğma yurdlarına yola salınacaqlar.

Nəzərinizə onu da çatdıraq ki, yaxın vaxtlarda Qubadlı rayonu üzrə də püşkatma keçiriləcək. 

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər