Tramp İsrail və Livan liderlərini danışıqlar üçün Ağ Evə dəvət edib
Dünya
194
20:31, Bu gün

Tramp İsrail və Livan liderlərini danışıqlar üçün Ağ Evə dəvət edib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Jozef Aunu birbaşa danışıqlar aparmaq üçün Ağ Evə dəvət edib.

Moderator.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.

"Əvvəl yayılmış bəyanatın davamı olaraq, mən İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Jozef Aunu İsrail və Livan arasında 1983-cü ildən bəri ilk məzmunlu danışıqların keçirilməsi üçün Ağ Evə dəvət edirəm", - paylaşımda bildirilib.

ABŞ liderinin sözlərinə görə, hər iki tərəf sülhün əldə olunmasında maraqlıdır və danışıqlar prosesinin sürətlə irəliləyəcəyinə ümid edirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər