Sirri - İlahi
Cəmiyyət
262
20:20, Bu gün

Sirri - İlahi

1. Nəhəng sərgi salonu

İnsanlar doğulduqları andan son günlərinədək düsüncələrinin şəklini çəkməklə məşğul olurlar. Həyatının hələ tam düşünə bilmədiyi ilk aylarında insan ağlamaqla düşüncələrinin deyil, istəklərinin şəklini çəkir. Böyudükcə vasitələr çoxalıb paylanır:

biri sözlə çəkir düşüncələrinin səklini,

digəri fırça ilə,

başqa birisi musiqi səsləri ilə.

Xalçaya toxuyur,

daşa, qayaya cızır,

dəmirə döyür,

suya hopdurur,

torpağa əkir,

libaslara tikir,

bəzək əşyalarina düzür,

qalalara, saraylara, binalara hörür,

cürbəcür cihazların içinə yığır insan düşündüklərini. Amma öz düşuncəsini daha çox sözlə cəkir insan.

Çəkilmiş düşüncələrin səkilləri də fərqli olur: bəziləri çox aydın, bəziləri çox tutqun, bəziləri qarmaqarışıq, bəziləri tam təfsilat, bəziləri fraqment...

İnsanın onun üçün ayrılmış zaman kəsiyi lboyunca həyatı elə hey öz düşüncələrinin səklini çəkmək və digərlərinin çəkib sərgilədiyi düşüncə səkillərinə tamaşa etməkdən ibarətdir.

Fərqli vasitələrlə fasiləsiz davam edən düşüncə mübadiləsidir həyat. Hətta bu dünyadakı ömür möhləti bitdikdən sonra da davam edir bu. Bəs necə davam edir? Yalnız təktərəflimi, yoxsa qarşıliqlımı?..

 Bu Dünyanın insanına  bəlli oa bilməz bu sirr. Çunki.. bu ..bir.. Sirri-İlahidir...

2. DÖVRƏ.

Rep mətnlərinin özünəməxsus məzmunu olur, bəzi mətnlərdə maraqlı, sərrast frazalara rast gəlirsən:

"Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur" --  aydındır ki, dairənin (dövr, dövrə) küncünun olmamasi fikrinin misra şəkli,  onun formasinın təsiri ilə yaranıb. Bir az fərqli yanaşıb düşünəndə isə aşkar olur ki, əslində ətrafdakı cox şey qavramanın əksər anlamlarında dairə şəklindədir - dövridir, periodikdir:

buz- su- buxar ....

kök - gövdə - yarpaq - çicək - meyvə(toxum)....

gündüz-gecə...

yaz-yay-payız-qış...

 Və bir də belə bir sıra:

doğulus - yaşayış - ölüm --

bu sırada dairə, dövrə varmıdır, yoxmudur? Qəti olaraq "var" və ya "yoxdur" deyə bilmirsən. Çunki hiss var olduğunu diqtə etsə də, göstərə bilmir. Çünki burdan o tərəfini bilməyə izin yoxdur. Çünki buradan o tərəfə artıq SİRRİ-İLAHİDİR...

 

İmarət Cəlilqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər