Bu şəxslərə kapitan rütbəsi verildi – Nazirdən ƏMR - FOTO
2392
17 Oct 2022 | 18:11

Bu şəxslərə kapitan rütbəsi verildi – Nazirdən ƏMR - FOTO

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 5 əməkdaşına polis kapitanı rütbəsi verilməsi ilə bağlı əmr imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib. 

Əmrlərə əsasən, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov, Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov, Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev, Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı, Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov polis kapitanı rütbəsi alıb. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər