Cavid Kurbanov:
Cəmiyyət
241
30 May 2026 | 23:11

Cavid Kurbanov: "Dindarlar axirətə inansaydılar, yaxınlarının ölümünə sevinərdilər" - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı ssenarist Cavid Kurbanov olub.
 
O, dinlərə olan yanaşmasından söz açıb. Cavid Kurbanov dinlərə inanmadığını söyləyib:
 
"Əslində, dindar insanlar belə daxilən tam inanmırlar. Çünki yaxınını itirən inanclı insanların onun üçün necə ağladıqlarını görmüşəm. Əgər onlar axirətə ürəkdən inansaydılar, yaxınlarının Allaha qovuşmasına sevinər, ölümü qorxu ilə deyil, arzu ilə qarşılayardılar".
 
Ssenarist, həmçinin şöhrət, uğur və maddi nailiyyətlərin insanın daxili dincliyini təmin etmədiyini bildirib:
 
"Uğur və populyarlıq keçicidir. Zamanında böyük zirvələrə, var-dövlətə və şöhrətə çatmış bir çox dostum var. Amma gördüm ki, bütün bunların onların daxili dünyasına heç bir müsbət təsiri olmadı. Şöhrət və pul insanı daxildən dəyişdirmir. İnsan şəxsi həyatında bədbəxtdirsə, milyonları da olsa, bədbəxt olaraq qalır".
Link kopyalandı!
Son xəbərlər