Restoranlar bu yola da əl atdı - Yağın pulunu hesaba ayrıca yazdılar
Cəmiyyət
220
15:51, Bu gün

Restoranlar bu yola da əl atdı - Yağın pulunu hesaba ayrıca yazdılar

Aparıcı Cəlalə Nəzərova restoranlardan birində üzləşdiyi maraqlı vəziyyəti sosial şəbəkə hesabında paylaşıb.
 
Moderator.az xəbər verir ki, o, çekə sifariş etdikləri kəndsayağı kartofun hesabına əlavə “yağ pulu” yazıldığını bildirib.
 
C.Nəzərovanın sözlərinə görə, buna etiraz etdikdə restoran əməkdaşları kartofun xüsusi qazanda deyil, tavada hazırlandığını əsas gətiriblər. Müştəri buna zarafatla reaksiya verərək “elədirsə, tavanın pulunu da əlavə edin” deyib. Daha sonra yağ üçün nəzərdə tutulan məbləğ hesabdan silinib.
 
Aparıcı restoranın adını açıqlamayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər