18:07
22°C
Bakı
Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişinlərə üç sinif üzrə xidmət göstərəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, marşrut üzrə komfort, komfort+ və lüks siniflər mövcud olacaq. Gediş haqları isə seçilən sinfə uyğun olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə Azərbaycan Dəmir Yollarının yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.