Bakıda iki müntəzəm marşrut üzrə avtobuslar yenilənir
Cəmiyyət
254
15:40, Bu gün

Bakıda iki müntəzəm marşrut üzrə avtobuslar yenilənir

Metronun "20 Yanvar" stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun "Qara Qarayev" stansiyası ilə əlaqəndirən 191 nömrəli marşrut avtobusları yenilənir.
 
Bu barədə Moderator.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
 
Bildirilir ki, sabahdan 102 nömrəli marşrut üzrə 8, 191 nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara cəlb edilir. Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan "İsuzu HC45" markalı avtobuslar 7-8 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.
 
Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər