Diplomatik xidmət orqanı əməkdaşlarının həvəsləndirilməsi üçün pul mükafatı ləğv olunur
Siyasət
158
17:07, Bu gün

Diplomatik xidmət orqanı əməkdaşlarının həvəsləndirilməsi üçün pul mükafatı ləğv olunur

Diplomatik xidmət orqanı əməkdaşlarının həvəsləndirilməsi üçün pul mükafatı ləğv olunur.

Moderator.az xəbər verir ki, sözügedən məsələ "Diplomatik xidmət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşlarının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmət orqanı əməkdaşları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının üç misli həcmində əlavə vəsaitin verilməsi ləğv olunur.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir:

- aylıq vəzifə maaşı;

- diplomatik rütbəyə görə əlavə haqq;

- təmsilçiliyə görə əlavə haqq;

- xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;

- əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər