Bizi sosial şəbəkələrdən izləyin:
Məni qınamayın, istedadlı adamlar da nefti olan ölkələr kimi həmişə başı bəlalıdır-ona görə ki: - insan yalnız ölümə yaltaqlana bilmir - bildiniiiiiz?!...
Bir də ki: - indiki övladlar valideynlərinə bankomat kimi baxırlar.
Həə: - insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir - öləndə də ölmək öyrənir.
Ölüm demişkən:- xalqın yolunda ölməyə dəyməz, çünki xalq həqiqət deyil - həqiqətin yolunda ölmək lazımdır!
- Körpə ölümü yaşlı adamların yuxusu boyda bir şeydir.
O ki, qaldı cümlə qurmağa: - cümlə qurmaq dövlət qurmaq qədər çətindir!
Bildiiiiiiin?!
Ay bildin haaa...
Seyran Səxavət