20:00
14°C
Bakı
Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, qərar 2 və 1 ulduzlu hotellərə şamil olunub.
Belə ki, 2 ulduzlu üç və 1 ulduzlu bir hotelin kateqoriyası ləğv edilib. Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin sayı 279-dan 275-ə düşüb.
Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduzlu hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 73%-ni təşkil edir.