Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır
Siyasət
197
22:00, Bu gün

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

“Nazirlər Avropanın sabit və təhlükəsiz Cənubi Qafqazda strateji marağının olduğunu vurğuladılar. Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyiş region üçün real fürsətdir və Avropa İttifaqı (Aİ) dəstəyini əhəmiyyətli dərəcədə artırır”.

Moderator.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O, nazirlərin Ermənistan üçün yeni Aİ vətəndaş missiyası yaratmaq barədə razılığa gəldiklərini bildirib. Kallasın fikrincə bu, ölkələrin kütləvi dezinformasiya kampaniyalarına və kiberhücumlara qarşı dayanıqlığını gücləndirəcək.

“Ermənilər iyun ayında seçkilərə gedəndə öz gələcəklərini yalnız özləri seçməlidirlər. Həmçinin, İrəvanın may ayında dərinləşən tərəfdaşlığımızın sübutu olacaq ilk birgə sammitə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, - Diplomat əlavə edib.

Kallas Azərbaycanın da enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qaldığını bildirib.

“Biz əlaqələrimizi dərinləşdirmək istəyirik və tezliklə yeni ikitərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları bərpa edəcəyik”, - Kallas bildirib.

Kallas Gürcüstanla əlaqələrə də münasibət bildirib.

“Gürcüstan demokratik geriləməni geri çevirmək istiqamətində heç bir əlamət göstərmir. Nazirlərin açıq mesajı belə idi ki, Gürcüstan kursunu dəyişməlidir. Əlbəttə ki, insan hüquqları dialoqunda həqiqi iştirak, kursu dəyişdirmək istədiklərinin göstəricisi olardı”, - diplomat bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər