Almaniyada ehtiyatda olan hərbçilər üçün yaş həddi artırıla bilər
Dünya
176
21:30, Bu gün

Almaniyada ehtiyatda olan hərbçilər üçün yaş həddi artırıla bilər

"Almaniyada ehtiyatda olan hərbçilər üçün maksimum yaş həddi 70-ə qaldırılmalıdır".

Bu təşəbbüslə Almaniya Ehtiyatda Olanların Federal İttifaqının rəhbəri Bastian Ernst çıxış edib.

Moderator.az bildirir ki, bu barədə Ernst RND media orqanına müsahibəsində bildirib.

"Biz ehtiyatda olanlar üçün maksimum yaşı 65-dən 70-ə qaldırmalıyıq. İnsanlar fiziki formalarını daha uzun müddət saxlayırlar. İnsan resurslarını həyat və peşəkar təcrübə ilə israf etməməliyik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Almaniyada daim müzakirələr gedir ki, gənclər könülsüz şəkildə hərbi xidmətə gedirlər:

"Buna görə də problemi yaş piramidasının digər ucundan həll etmək lazımdır".

O, həmçinin ehtiyatda olanların təlimlərə çağırılması qaydalarının dəyişdirilməsini də təklif edib. Mövcud qaydalara əsasən, ehtiyatda olan hərbçinin təlimlərdə iştirakı üçün həm onun razılığı, həm də işəgötürənin təsdiqi zəruridir. Ernstin fikrincə, işəgötürənlər belə bir hüquqa malik olmamalıdırlar:

"Ehtiyatda olanları özlərini isə biz məcbur etməyəcəyik".

Almaniya hökuməti ümid edir ki, 2035-ci ilə qədər ölkədə 260 000 aktiv hərbi qulluqçuya nisbətdə 200 000 ehtiyat kontingent mövcud olacaq. Ehtiyatda olan hərbçilərin sayı hazırda minimum 60 000 nəfər hesablanır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər