Su Məcəlləsinə və “Meliorasiya və irriqasiya haqqında” Qanuna dəyişiklik edildi
Cəmiyyət
1714
05 Jun 2025 | 15:37

Su Məcəlləsinə və “Meliorasiya və irriqasiya haqqında” Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb.
 
Moderator.az xəbər verir ki, qanuna əsasən, “Su Məcəlləsi”nin bir neçə maddəsində dəyişikliklər edilib.
 
Belə ki:
 
Məcəllənin 11-ci maddəsinin birinci və ikinci hissələrindən “Naxçıvan Muxtar Respublikası” ifadəsi çıxarılıb;
 
17-ci maddənin mətnindən “Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı” ifadəsi çıxarılıb;
 
19-cu maddə tamamilə ləğv olunub.
 
Həmçinin, “Meliorasiya və irriqasiya haqqında” Qanunun 10-cu maddəsi də qanun qüvvəsini itirib.
 
Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qəbul olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər