Son bir ayda 2,2 mindən çox şəxs kiçik biznesini qurub
Cəmiyyət
2539
09 Sep 2023 | 11:15

Son bir ayda 2,2 mindən çox şəxs kiçik biznesini qurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

Nazirlikdən bildirilib ki, avqust ay ərzində daha 2211 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub. Proqram iştirakçıları onlara verilmiş aktivlər hesabına öz kiçik biznes sahələrini yaradıblar.

Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər