31 yaşlı kişi kanalda batdı – VİDEO
521
06 Mar 2026 | 16:19

31 yaşlı kişi kanalda batdı – VİDEO

Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.


Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Ramin Elşad oğlu Abdullayevin axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər