Qənirə Paşayeva “Yəsəvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii tədbirdə çıxış edib - FOTO
Oxunub: 3499
21 Dec 2022 | 21:05
Qənirə Paşayeva “Yəsəvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii tədbirdə çıxış edib - FOTO
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “Yəsəvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii tədbirdə çıxış edib.
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Bakıdakı Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “Yəsvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii tədbirdə çıxış edib.
 
Tədbirin aparıcısı, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı tədbirin MM Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NƏFƏS” İctimai Birliyi,  “Yanardağ” Milli Xalça Evi, və “MediOld”un dəstəyi ilə keçirildiyini deyib.
 
Q.Paşayeva tədbir iştirakçılarını salamlayaraq, Xoca Əhməd Yəsəvini Türk aləminin dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdən, mənəvi dəyərlərin ustad, tərənnümçü və təbliğçisi – özü dəyər yaradıcısı olan  tarixi simalardan biri kimi xarakterizə edib:
 
“Əhməd Yəsəvi Türk dünyasının mənəvi həyatında yüzillərdir iz qoyan, "Piri-Türküstan", "Həzrəti-Türküstan" ünvanları ilə anılan böyük mütəsəvvüf şairdir. O, "Yəsəviyyə" təriqətini müəyyən etmiş, bu gün dünyada böyük bir coğrafiyaya yayılmış "Nəqşibəndilik" təriqətinə də müxtəlif şəkillərdə təsir etmiş kamili-mürşiddir. Onun kəramətləri bütün Türk dünyasında ün qazanıb. Qardaş Qazaxıstanın Türküstan şəhərində yerləşən Yəsəvi türbəsi həmin bölgənin mənəvi mərkəzi olaraq qəbul edilməkdədir.
 
Əhməd Yəsəvi bu günkü Qazaxıstan Respublikasının güneyində, Çimkənd şəhərinin yaxınlığındakı Sayram qəsəbəsində doğulub. "Divani-hikmət"də yer alan iki şeirdə də doğum yeri olaraq Türküstan göstərilməkdədir. Atası Sayramda tanınmış alim olan İbrahim Şeyx, anası isə Aişə (Qarasaç) olaraq bilinməkdədir. Ana və atasına aid türbələr Sayramdadır. Bu türbələrin Buxarada mənəvi dərs alıb yenidən Sayrama qayıdan Əhməd Yəsəvi tərəfindən tikdirildiyi deyilir. Əhməd Yəsəvi ilk təhsilini atası İbrahim şeyxdən almışdır. İstər öz hikmətlərində, istərsə də müxtəlif qaynaqlarda Əhməd Yəsəvinin mənəvi feyz aldığı qaynaqlar arasında Həzrət Xızır ilə söhbət etdiyi rəvayət olunur. – Ona görə təsəvvüfi baxımdan önəm kəsb edən bu bilgini də Yəsəvinin təhsil dairəsindən hesab etmək olar. Həmçinin Əhməd Yəsəvinin mənəvi tərbiyə aldığı ocaqlar sırasında Arslan Baba həm çeşidli qaynaq və rəvayətlərdə həm də Yəsəvinin müəllifi olduğu hikmətlərdə davamlı xatırlanan bir sima olaraq diqqət çəkir. "Bab" və ya "Baba" ünvanı Türküstanda (özəlliklə tarixdə və hələ də İslamın ən diri şəkildə yaşandığı Fərqanə vadisində) irfan böyükləri üçün istifadə edilən bir ünvan olaraq bilinməkdədir. Tanrının sonuncusu elçisi Həzrət Məhəmmədin əziz əshabından olduğu bildirilən Arslan Baba, eləcə də, Orta Asiya sufilərinin öncüllərindən olan Çoban Ata Türküstanda İslamı yayma çalışmalarının ilk öndərlərindəndir.
 
Əhməd Yəsəvi “Divani-hikmət”i yazmaqla İslamı ərəb və fars dillərini bilməyən insanlara yetirmək məqsədi güdmüş, ən əsası isə təsəvvüfi, irfani məqamları şeir dili ilə çatdırmışdır.
 
Əhməd Yəsəvinin adi ilə bağlı olan Yəsəviyyə təriqəti bir çox müsbət məziyyətləri ilə digərlərindən seçilir. Milli kimliyi unutmadan və uca tutaraq, hətta yaşadığın torpağın, Vətənin aliliyini də nəzər alaraq, Türk dilini təriqət yolunda şüar seçən Əhməd Yəsəvinin yaradıcılığı təriqətlər arasında özünəməxsus fərqli yer tutur. Yazdığı hikmətlərdə təsəvvüfün ən dərin qatlarına şeir dili ilə toxunaraq, demək olar, bütün incə məqamlara işıq tutan Əhməd Yəsəvi bir növ, təsəvvüfün həm nəzəri, həm də əməli cəhətlərinə nəzər salmışdır. Türk dünyasının mənəvi atalarından biri olan bu ulu şəxsiyyətin hər bir şeiri insanların mənəvi dünyasını zənginləşdirməyə xidmət edir.
 
Əhməd Yəsəvinin təsəvvüfün dərin qatlarına varması, hətta Pey-ğəmbərin 63 yaşında vəfat etməsindən təsirlənərək özünə torpaq altında sığınacaq qazaraq 63 yaşdan sonra orada yaşaması onun nə qədər səmimi təsəvvüf yolçusu olmasını əyani şəkildə sübut edir.
 
Türk dünyasının müxtəlif yerlərindən gələn müsəlmanlara mənəvi ata, şeyx, mürşid olan Yəsəvi, təriqətini ərəbcə, farsca bilməyən türk dərvişlərinə anlatmaq üçün Türk xalq ədəbiyyatından alınmış şəkildə əsərlər yazmışdır. "Divani-hikmət" əsəri də bu niyyətin məhsuludur. Əsasən İslamın mənəvi, əxlaqi tərəfini anladan, aşılayan bu əsər bütün müsəlman aləmi, Türk dünyası üçün əvəzedilməz qaynaqlardan sayıla bilər.
 
Ümumiyyətlə Türk dünyasının təsəvvüf tarixinin, ədəbiyyat və mədəniyyət tarixinin ən palarlaq simalarından olan Əhməd Yəsəvi həzrətlərinin ölkəmizdə də geniş tanınmasında, hikmətlərinin dillər əzbəri olmasında böyük fayda görürəm”.
 
Komitə sədri “Divani-hikmət”in azərbaycancaya ilk dəfə tam və kamil şəkildə uyğunlaşdıranlara, kitabın redaksiya heyəti üzvlərinə və nəşrə dəstək verən Mədəniyyət Nazirliyinə təşəkkür edib.
 
Tədbirdə Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “Divani-hikmət”in azərbaycancaya tam və kamil uyğunlaşdırmasının həmmüəllifi Tural İrfan, şair İlqar Türkoğlu, xeyriyyəçi Yılmaz Okuklu və b. çıxış edib.
 
Qazaxıstanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfirinin müavini Jandos Nurmaxambetov, QKTC-nin Bakı nümayəndəliyinin müşaviri Tevfik Ulual, keçmiş Fövqəladə və səlahiyyətli səfir Abbasəli Həsənov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, tanınmış alimlər, ziyalılar, vətəndaş cəmiyyət institutlarının, təhsil, mədəniyyət sektorunun təmsilçiləri, gənclər, ictimai fəallar tədbirdə iştirak edib.
 
Əməkdar artist Nuriyyə Hüseynovanın, tanınmış aşıq və vokalist İlham Əsgəroğlunun, tanınmış bədii qiraətçi Həlimət Sultanın Əhməd Yəsəvi hikmətləri üstə ifaları məclisə xüsusi rəng qatıb, tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, “Divani-hikmət”in azərbaycancaya ilk dəfə tam və kamil şəkildə Ə.Qoşalı və T.İrfan uyğunlaşdırıb. Kitabın məsləhətçisi, önsöz müəllifi Q.Paşayeva, rəyçiləri Prof.Dr. Dosay Gəncətay (Qazaxıstan), Elxan Zal Qaraxanlı, redaktorları Musa Nəbioğlu, Erkinbek Serikbay (Qazaxıstan), nəşrə məsul Arzu Bağırova, korrektoru Sədaqət Əliyevadır. Q.Paşayevanın çağırışı ilə xeyirxah işadamlarının dəstəyi ilə kitabın təkrar nəşri həyata keçiriləcək.
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO