Qarşımızda duran əsas hədəflər – Qərbi Azərbaycana dönüş və Zəngəzur dəhlizinin açılmasıdır
2013
26 May 2025 | 15:30

Qarşımızda duran əsas hədəflər – Qərbi Azərbaycana dönüş və Zəngəzur dəhlizinin açılmasıdır

 “Bir il öncə Qazaxın işğal altında olan kəndlərinin heç bir güllə atılmadan, hərbi güc tətbiq olunmadan azad edilməsi həm tarixi hadisədir, həm də Azərbaycan diplomatiyasının gücünün göstəricisidir”.
Bunu Moderator.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə,  beynəlxalq münasibətlər sistemində güc sadəcə hərbi güc hesab olunmur.  Diplomatik, siyasi güc beynəlxalq münasibətlər sistemində ölkənin nüfuzu hesab olunur. Heç şübhəsiz ki, hərbi güclə dəstəklənməyən diplomatiya gücsüz olur, ağılla dəstəklənməyən, güclü liderlə dəstəklənməyən  güc də nəticəsiz qalır.
“Biz hələ Qazaxın işğal altında olan kəndlərindən əvvəl, 10 noyabrdan sonra Ağdamın, Laçının, Kəlbəcərin necə güc tətbiq edilmədən işğaldan azad edilməsinə şahidlik etdik. Ondan bir qədər sonra, 2023-cü ildə isə həm lokal antiterror əməliyyatı, həm də siyasi diplomatiyanın gücü nəticəsində 200 il əvvəl işğal edilmiş Xankəndi, Əsgəran, Ağdərə azad olundu. Bu, Azərbaycan dövlətinin ümumi gücünün göstəricisidir”,- deyə deputat vurğulayıb.
 
Deputat sözünə davam edərək qeyd edib ki, xalqın, millətin, iqtisadiyyatın, coğrafiyanın, sənayenin gücünü birləşdirərək milli gücə çevirən siyasi lider olmasa, bu güc sadəcə potensial olaraq qalır:
“Buna görə də müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin sadalanan bütün komponentləri birləşdirərək bir dəmir yumruğa çevirməsi bu uğurların əsas səbəbidir. Qazaxın kəndlərinin də bir güllə atılmadan azad edilməsi məhz bu siyasətin nəticəsidir. Gələcəkdə isə qarşımızda yeni milli vəzifələr dayanır. Bu məqsəd və vəzifələri Azərbaycan Prezidentinin yaratdığı yeni reallıq müəyyənləşdirib. Bu vəzifələr böyükdür: Qərbi Azərbaycana dönüş, Zəngəzur dəhlizinin açılması və dəmir yumruq kompasının  vaxtı gələndə göstərəcəyi yeni hədəflər. Buna görə də biz bu hədəflərə çatmaq üçün hər birimiz əlimizdən gələni etməliyik ki, Azərbaycanı öz tarixi şöhrətinə qovuşdura bilək”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər