Macarıstandakı sabiq səfirimiz Ramil Səfərovun necə ekstradisiya olunduğundan yazır...
Oxunub: 10132
23 Oct 2021 | 22:22
Macarıstandakı sabiq səfirimiz Ramil Səfərovun necə ekstradisiya olunduğundan yazır...

Əvvəli burada: //moderator.az/maraqli/397957/budapeste-sefir-teyinatindan-az-sonra-zeng-vurub-meni-tebrik-edenlerin-arasinda-ramil-seferovun-atasi-da-vardi/

 

Vilayət QULİYEV
Azərbaycanın Macarıstandakı keçmiş səfiri
 
İlk dəfə səsini eşitdiyim Ramilin fikirlərini dəqiq və sərrast ifadə etməsi, təmkini, danışıq tonundakı sakitlik və gümrahlıq diqqətimi çəkdi. Anladım ki, telefon xəttinin o biri başında dayanan gənc illərdən bəri dörd divar arasında saxlanmasına baxmayaraq, kifayət qədər dözümə, gücə, təqdirəlayiq iradi keyfiyyətlərə malikdir. Xalq arasında deyildiyi kimi, dili varsa, dilçəyi də var... Çətinliyə sinə gərməyi bacarır. Şikayətlənməyi, yazıqlıq donuna girməyi qətiyyən özünə rəva görmür. Başqalarının da ona belə mövqedən yanaşmasını qəbul etmir.

 

Yadımdadır ki, ümumi şeylərdən danışdıq. Ramil yeni təyinatımla bağlı məni təbrik etdi. Əvvəlki səfirdən və bütünlükdə Səfirliyin münasibətindən razılığını bildirdi. Polşadakı diplomatik fəaliyyətimi və mətbuatdakı yazılarımı izlədiyini (!) dedi. Taleyi ilə yaxından maraqlanacağıma ümid etdiyini söylədi.

Həyatımda ilk dəfə idi ki, həbsxana kamerasında oturan adamla telefonda danışırdım. Təskinlik sözləri deməyə, ürək-dirək verməyə çalışdım. Onu möhkəm və səbirli olmağa, həyatının nə zamansa mütləq yaxşılığa doğru dəyişəcəyinə inanmağa çağırdım. Yadımdadır ki, hətta sonda özümdən asılı olmayaraq çox da xoşuma gəlməyən şablon ifadə işlətdim, "Azadlıqda görüşənə qədər!" - dedim. Bu sözləri dilə gətirərkən səsim, intonasiyam özümə saxta göründü. Amma həqiqətən nə deyirdimsə, hamısı ürəkdən gələn sözlər idi.  Aktyorluğu heç vaxt bacarmamışam.

Həmin gündən Vətənə ekstradisiya olunana qədər Ramil mənə ayda 1-2 dəfə zəng vururdu. Bəzən hansısa məsələ ilə bağlı məsləhət almaq istəyirdi. Bəzən sadəcə hal-əhval tutmaq niyyəti ilə telefon açdığını deyirdi. Bəzən macar radiosundan, yaxud televiziyasından dinlədiyi ölkəmizlə bağlı hansısa o qədər də obyektiv olmayan xəbəri çatdırır, səfir kimi münasibətimi bilmək istəyirdi. Və bu söhbətlərin hamısında olmasa da, iki-üç dəfədən bir sanki elə-belə, sözarası "işinin" nə yerdə olduğu ilə maraqlanırdı. Əslində isə hər dəfə bunu dilə gətirməsə də, bütün telefon zənglərinin arxasında mütləq "İşimdən təzə nə xəbər var?" - sualının gizləndiyini yaxşı başa düşürdüm. Belə məqamlarda özümü Frans Kafkanın məşhur "Proses" romanının qəhrəmanının düşdüyü aləmdə hiss edirdim. Ümidverici bir yenilik yox idisə, danışmaq da asan olmurdu. Daim təkrarlanan təskinlik sözləri saxta səslənirdi. Ona görə də gizlətmirəm: həbsxana kamerası ilə rahat kabinet arasında cərəyan edən mütəmadi telefon danışıqları mənim üçün həmişə çətin, üzücü idi.

Macarıstana ölkə həyatında mühüm siyasi dəyişikliklərin baş verdiyi vaxtda gəlmişdim. Apreldə parlament seçkiləri keçirilmişdi. Artıq kifayət qədər gənc yaşında bir dəfə baş nazir olmuş Viktor Orbanın rəhbərlik etdiyi sağ mərkəzçi siyasi qüvvə - FİDES-Macarıstan Vətəndaş İttifaqı partiyası Avropa Birliyi ölkəsi üçün gözlənilməz nəticə göstərib qanunverici orqanda konstitusion çoxluq və hökuməti təkbaşına formalaşdırmaq səlahiyyəti qazanmışdı. Bunun macarlar üçün nə dərəcədə faydalı olacağını deyə bilməzdim. Amma  azərbaycanlı zabitin gələcək taleyi baxımından baş verən dəyişiklik o qədər də əhəmiyyətsiz amil sayılmamalı idi. Çünki vahid lider və yekdil hakimiyyətlə dialoq qurmaq həmişə bir neçə nəfərlə, yəni koalisiya ortaqları ilə dil tapıb anlaşmaqdan daha asan olur.

İş elə gətirdi ki, Viktor Orban ikinci dəfə baş nazir kimi hökumətə rəhbərlik etməyə başlayandan bir neçə ay sonra - 2010-cu il sentyabrın 13-də ölkəmizə işgüzar səfərə gəldi. Həmin vaxt Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin iştirakı ilə Xəzər qazının Gürcüstan və Rumıniya üzərindən Avropaya nəqlini hədəf alan AGRİ layihəsi ilə bağlı ilkin razılaşma və niyyət protokolunun imzalanma mərasimi keçirilirdi. Danışıqlar bir neçə ay ərzində Bakıda və Brüsseldə aparılmışdı. Həlledici mərhələdə Macarıstan da layihəyə maraq göstərdi. Çünki sosializm dövründən Rumıniya ilə bu ölkə arasında indi istifadəsiz qalan boru kəməri vardı. Əgər layihə gerçəyə çevrilsəydi, Macarıstan həm özünün təbii yanacağa olan ehtiyacının bir hissəsini ödəyər, həm də Mərkəzi Avropada qaz paylaşdırıcı ölkəyə çevrilə bilərdi. Çox güman, bu səbəbdən də Rumıniya prezidenti Troyan Basesku ilə söhbətdən dərhal sonra Viktor Orban Bakıya səfər etmək qərarı vermişdi.

Adətən, işlədikləri ölkənin dövlət və hökumət başçılarını öz paytaxtlarına gətirmək səfirin nüfuz və əlaqələrinin, uğurlu fəaliyyətinin nəticəsi kimi qəbul edilir. Amma əslində, Macarıstan Baş nazirinin Azərbaycana ilk səfərinin təşkilində mənim heç bir rolum yox idi. Sadəcə, təsadüf nəticəsində belə alınmışdı. Odur ki, hələ üzünü görmədiyim macar Baş nazirlə də ilk dəfə Bakı hava limanındakı qarşılama mərasimində tanış olub özümü təqdim etdim. Cənab Orban ünsiyyətə açıq, sadə və səmimi insan təsiri bağışlayırdı. Bu, ətrafındakılarla rəftar və davranışında da aydın nəzərə çarpırdı. Hər sözündən, hərəkətindən həyatsevərlik, nikbinlik sezilirdi. Protokol incəliklərinə o qədər də əhəmiyyət vermirdi. İlk dəqiqələrdən özünü sırf rəsmi qonaq kimi yox, dostlar arasında olan bir adam kimi aparırdı.

Ertəsi gün qısa da olsa söhbət etmək imkanı yarandı. Dünənki zənnimdə yanılmadığıma inandım. Heydər Əliyevin hakimiyyəti dövründə bir müddət xarici işlər naziri vəzifəsini tutduğumu bilən Viktor Orban mərhum Prezidentin şəxsiyyəti və idarəçilik üsulları ilə bağlı bəzi suallar verdi, Macarıstanda Azərbaycan icmasının tərkibi və sayı, ölkə haqqındakı ilkin təəssüratım, tarixi-mədəni əlaqələrimiz, hətta səfirliyimizin Budapeştin hansı rayonunda yerləşməsi ilə maraqlandı. Sonuncu sualı isə mənim üçün həqiqətən də gözlənilməz oldu. Macar Baş nazir "What is about yours solgier in prison?" ("Sizin həbsxanadakı hərbçinizdən nə xəbər var?") - deyə konkret ad çəkmədən Ramil Səfərovu soruşdu. Təbii ki, siyasi xadim və hökumət başçısı kimi altı il əvvəl Budapeştdə baş verən səs-küylü qətldən xəbərsiz deyildi. Maraqlı olan bu məsələni Bakıda xatırlaması idi. Bir neçə cümləlik qısa məlumatımı dinləyəndən sonra  "İt is a tragedy" - "Bu, faciədir" - dedi.

Zaqulbada, qonaqların şərəfinə verilən işçi nahar zamanı münasib fürsət yarandığını görüb Viktor Orban barəsindəki təəssüratlarımı Prezident İlham Əliyevlə bölüşdüm. Macar Baş nazirlə bütün mövzuları, eləcə də məhbus zabitin ölkəmizə ekstradisiya məsələsini müzakirə etməyin mümkünlüyünü bildirdim. Təbii ki, dövlət başçısı nəyə əsaslanaraq belə qənaətə gəlməyimlə maraqlandı. Gətirdiyim dəlillər - Viktor Orbanın hökumətə rəhbərlik dövrünün əsas siyasi-iqtisadi istiqamətlərindən biri kimi  "Şərqə açılım" siyasətini elan etməsi və bu prosesdə Azərbaycana önəm verməsi, Azərbaycan liderinə xüsusi ehtiramla yanaşması, hökumət rəhbəri kimi mövqelərinin qüvvətli olması, insan kimi sadəliyi və səmimiliyi, hər cür dialoq üçün açıq görünməsi Prezidentə o qədər də tutarlı amil təsir bağışlamadı.  "Bilirsiniz, - dedi, - dövlət başçısı kimi bu məsələ ilə bağlı mən yalnız bir dəfə müraciət edə bilərəm. Onu da o zaman etmək olar ki, müəyyən hazırlıq işləri görülsün, müsbət nəticə barədə siqnallar alınsın. Yoxsa, indi danışsam, çox güman, qarşı tərəf də ümumi şəkildə "Baxarıq, araşdırarıq" - cavabını verəcək və beləliklə də məsələ bağlanacaq. Elə etmək lazımdır ki, həqiqətən də baxsınlar, araşdırsınlar, hansısa bir nəticəyə gəlsinlər, dialoqa müəyyən qədər hazır olsunlar. Yəni sadəcə, protokol tələblərinə uyğun, yaxud etika xatirinə bizi cavabsız qoymamaq üçün "baxarıq" deməsinlər. Predmetli, konkret söhbət getsin. Yalnız belə vəziyyətdə, yəni qarşı tərəfin təklifimizə pozitiv münasibəti ilə bağlı müəyyən məlumatımız olduğu təqdirdə, əlbəttə, mən də dövlət başçısı kimi müraciət edə bilərəm. Yoxsa tələsik məsələ qaldırmaq hələ uğur qazanmaq deyil".

Prezidentin dialoqun şərtləri haqdakı dəlilləri inandırıcı idi. Söhbət zamanı məhbus zabitin mümkün ekstradisiyası ilə əlaqədar müvafiq yollar aramaq, vəziyyəti öyrənmək, bir sözlə, bu istiqamətdə işləmək barədə razılıq aldım. Bəlkə də deyə bilərlər ki, həmin işi görmək səfirin, diplomatik missiyanın, yaxud əlaqədar sahəyə cavabdeh olan şəxsin birbaşa vəzifəsidir, daha burada əlavə tapşırığa, icazəyə nə lüzum var? Məndən əvvəl də bu istiqamətdə müəyyən addımlar atılmışdı. Amma yeni səfir kimi macar rəsmiləri ilə danışıqlar üçün belə yüksək səviyyəli razılığın olması zəruri idi. Eləcə də bizim müvafiq qurumlar məhz dövlət başçısı səviyyəsində göstəriş verilmədiyi üçün hətta məsələnin öz aramızda müzakirəsinə də maraq göstərmirdilər. Müxtəlif instansiyalara göndərilən məktub və müraciətlər çox vaxt cavabsız buraxılırdı. Hələ onu demirəm ki, bəziləri Ramil Səfərovun ölkəyə qaytarılmasının xoşagəlməz eksseslərə yol açacağı, guya müxalifət qüvvələrinin onu əldə bayraq edəcəkləri ilə bağlı proqnozlar verir, yanlış təəssürat yaradırdılar.

Beləliklə, Baş nazir Viktor Orbanın Azərbaycana ilk səfəri ekstradisiya məsələsinin qeyri-rəsmi də olsa, gündəliyə gətirilməsinə təkan verdi. Bu səfər zamanı Prezident İlham Əliyevlə Macarıstan rəhbəri arasında nəzərəçarpacaq dərəcədə açıq, səmimi münasibətlərin yaranması da ümidli olmağa əsas verirdi.

Səfir kimi Polşada çalışdığım illərdə ölkə həbsxanalarında cəza çəkən iki nəfər həmvətənimizin vətənə qaytarılmalarına nail olmuşduq. Lakin onlar adi məişət cinayətlərinə görə məhkum edilmişdilər, həbs müddətinin yarısı arxada qalmışdı. Üstəlik də, cəzalarını sona qədər və mütləq Polşada çəkməyi tələb edən maraqlı qüvvə, üçüncü tərəf yox idi. Ramil Səfərovun işi isə kifayət qədər beynəlxalq rezonans doğurmuşdu, Ermənistan əsas iddiaçı kimi çıxış edirdi. Deməli, burada məsələni sakit, səssiz-küysüz yoluna qoymaq mümkün olmayacaqdı. Amma istənilən halda cəhd göstərmək lazım idi. Dövlət öz vətəndaşına sahib çıxmalı idi...

***
Budapeştə qayıtdıqdan sonra yollar axtarmağa başladım. İlk növbədə əlaqədar macar qurumlarının diqqətini məsələyə cəlb etmək üzərində düşündüm. Lakin necə, hansı yolla? Rəsmi müraciətin bir faydası olmayacaqdı. Ən yaxşı halda məhkəmənin qüvvəyə minmiş qanuni hökmünü yada salacaqdılar. Digər tərəfdən, bir dəfə üz tutduğun şəxsə, yaxud təşkilata ikinci dəfə  söz demək imkanı itiriləcəkdi. Ona görə də məsələni şəxsi müstəvidə, birbaşa və açıq ünsiyyət yolu ilə müzakirə etmək, imkan daxilində sözlə inandırmaq variantına üstünlük verdim.

İlkin olaraq Ədliyyə və İctimai İşlər Nazirliyinə  müraciət ünvanladım. Hansı məsələləri müzakirə etmək istədiyimlə maraqlandılar. Azərbaycanlı zabitin cəzasının qalan hissəsini çəkmək üçün ekstradisiyası haqqında eşidəndə çox soyuq tərzdə bu işə məhkəmədə baxıldığını və iki müxtəlif instansiyada təsdiq olunmuş hökmü xatırlatdılar. Sözlərindən belə çıxdı ki, məsələ ətrafında müzakirə aparmaq üçün 2034-cü ili gözləmək lazımdır. Çünki əvvəldə də qeyd etdiyim kimi, hökmdən yalnız 30 il (əslində 30 il 9 ay, kamera yoldaşı olan türk əsilli dustaqla münaqişəyə görə həbsxanada cəzasının üzərinə 9 ay da artırılmışdı) sonra yenidən baxılması, seçilmiş qətiimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yeni apellyasiya şikayəti vermək  mümkün idi. Digər tərəfdən məhbusun özünün, yaxud vəkilinin müraciəti olmasa, səfirin, eləcə də Səfirliyin təşəbbüslə çıxış etməsi yolverilməz sayılırdı. Şəxsi müraciət hazırlamaq, vəkil tutmaq çətin iş deyildi. Lakin mahiyyət etibarı ilə yeni müraciət də heç nəyi dəyişməyəcəkdi. Bu, sadəcə, qapalı daiərədə hərəkət olacaqdı. Vəsatətlə çıxış etsək də, sonda məhkəmə əvvəlki hökmünü  qüvvədə saxlayacaqdı. Bir sözlə, əhəmiyyətli bir irəliləyişə nail ola bilməyəcəkdik. Arada müttəhim lüzumsuz mənəvi-psixoloji sarsıntılar yaşayacaqdı.
Kəşfiyyat məqsədi ilə daxili işlər naziri Şandor Piterlə görüşməyi qərara aldım. Bilirdim ki, ekstradisiya məsələsi daxili işlər deyil, ədliyyə və ictimai işlər  nazirliyinin səlahiyyətinə aiddir. Lakin zahirən o qədər də diqqəti çəkməyən cənab Piter ictimai fikirdə və siyasi dairələrdə hökumətin ən nüfuzlu üzvlərindən biri kimi tanınırdı. Eyni zamanda Baş nazirə çox yaxın olduğunu, sözünün hər yerdə keçdiyini deyirdilər. Əgər istəsə, əgər onu inandırmaq mümkün olsa, bizim xeyrimizə uyğun qərarın çıxarılmasına təsir göstərə bilərdi.

Nazirliyə müraciət edib iki ölkənin - Azərbaycanla Macarıstanın mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə imkanları barəsində fikir mübadiləsi aparmaq üçün nazirlə görüş istədim. Müsbət cavab alacağıma o qədər də ümidli deyildim. Hər hansı müvafiq idarə rəisi, ən yaxşı halda əlaqədar məsələləri nəzarətdə saxlayan dövlət katibi ilə görüşməyimi məsləhət görə bilərdilər.

Amma heç gözləmədiyim halda razılıq verildi. 2011-ci il fevralın 1-də Macarıstan Daxili İşlər Nazirliyinə, nazirlə görüşə dəvət olundum. Nazir Şandor Piter zahirən bizim azərbaycanlılara çox bənzəyirdi. Əgər Bakıda çıxıb küçədə gəzsə, heç kəs onu əcnəbi hesab etməzdi. Balaca boylu, çevik, enerjili adam idi. Az qala hər sözü sifətinin dəyişən mimikaları ilə müşayiət olunurdu. Məni mehribanlıqla qarşıladı. Həm də aydın görünürdü ki, bu, sadəcə "protokol səmimiyyəti" deyil. Əvvəlcə ümumi məsələlərdən danışdıq. Cinayətkarlığa qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğuladıq. Bu istiqamətdə birgə fəaliyyətlə bağlı bizim daxili işlər naziri ilə məmnuniyyətlə görüşüb dialoq aparmağa hazır olduğunu bildirdi. Macarıstanda kriminogen durumun nəzarətdə saxlandığını (nə qədər tanış ifadə idi!), bir vaxtlar cinayətkar dəstələrin at oynatdığı Budapeştin artıq dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrildiyini dedi. Macarıstan paytaxtında keçirdiyim bir neçə ayın təcrübəsinə əsaslanıb bunun həqiqətən də belə olduğunu təsdiq etdim.

Nəhayət, mətləb üstünə gəldik. Daha doğrusu, mən sözü açdım. Uzaqdan başlayıb söhbəti azərbaycanlı zabitin neçə ildən bəri saxlandığı Kozma (burada ona göstərilən humanist münasibətə görə minnətdarlıq bildirməyi də unutmadım) həbsxanasından vətəninə ekstradisiya edilməsi məsələsinin üzərinə gətirdim. Və təbii ki, əvvəldən gözlədiyim cavabı eşitdim: bu iş onun səlahiyyət çərçivəsinə daxil deyil. Nazir əlavə etdi ki, artıq məhkəmənin hökmü var və bildiyinə görə, məhbus indiyə qədər saxlanma şəraitindən, yaxud həbsxana personalının rəftarından şikayətçi olmayıb. Hətta şikayətçi olsa da, yalnız daxili işlər nazirinin istəyi ilə belə bir addımın atılması qeyri-mümkündür. Mən cənab Piterin sözləri ilə razılaşdım. Bildirdim ki, həqiqətən də həbsxana hər yerdə həbsxanadır. Amma məşhur ifadədə deyildiyi kimi, vətəndə hətta doğma divarlar da insanı o qədər sıxmır. Ona görə də, istər humanistlik, istərsə də iki ölkə arasındakı münasibətlərin etibar və etimad mühitində inkişafı baxımından məhbus zabitin ekstradisiyası çox məqsədəuyğun olardı. Əslində, bu, hamıya bəlli bir həqiqətdir. Sadəcə, ilk addımı atmaq istəyən yoxdur. Bəs hörmətli nazir nə cür kömək edə bilər? Necə yol göstərə bilər?

Nazir Piter prinsipcə azərbaycanlı məhbusun ekstradisiyanın əleyhinə olmadığını bildirdi. Məni tamamilə əliboş qaytarmamaq üçün vəkilinin müvafiq müraciət hazırlayıb Səfirlik vasitəsi ilə göndərməsini təklif etdi. Eyni zamanda təbəssümlə növbəti müraciətin də bir faydası olmayacağını xatırlatdı. Açıq bildirdi ki, hər hansı real çıxış yolu göstərməkdən acizdir. Sadəcə onu bilir ki, məsələ öz həllini yüksək səviyyədə tapmalıdır. Mütləq ölkənin ali rəhbərliyinin siyasi qərarı olmalıdır. Yalnız bundan sonra işə başlamaq mümkündür. Onun özü də yalnız bundan sonra, həm də müvafiq tapşırıq verildiyi təqdirdə prosesə qoşula bilər. Odur ki, illüziyalara qapılmamalıyam. Çox böyük ümidlərlə yaşamamalıyam. Amma mən də geri çəkilmədim. Maraqlandım ki, bəs cənab nazir yüksək nüfuzuna arxalanıb, humanistlik göstərib məsələnin "yuxarılarda" müzakirəyə çıxarılmasına hər hansı şəkildə yardım göstərə bilərmi? Axı söhbət gənc bir insanın taleyindən gedir. Onun bütün ömrünü həbsxana divarları arasında keçirməsi macar cəmiyyətinə bir şey verməyəcək. Xeyirxahlıq isə heç zaman unudulmur. Həm də biz bunu dost və qardaş macar xalqının, Macarıstan rəhbərliyinin Azərbaycanın düşdüyü vəziyyəti anlaması, mənəvi-insani dəstək aktı kimi qiymətləndirəcəyik. Xalqlarımızın taleyində nə qədər faciəli bənzərliklər var! Macarların da başı çox bəlalar çəkib - tarixi torpaqlarının üçdə ikisini itiriblər, rumın separatçılarının etnik təmizləmə siyasətinə hədəf olublar. Odur ki, digərləri ilə müqayisədə  bizi daha yaxşı başa düşməlisiniz.

Şandor Piter bir daha səlahiyyət bölgüsünü yada saldı. Öz tərəfindən hər hansı təşəbbüslə çıxış edə bilməyəcəyini dedi. Məsələnin hökumət səviyyəsində müzakirəyə qoyulacağı və rəyi soruşulacağı təqdirdə mövcud qanunvericilik və praktika çərçivəsində ekstradisiya ideyasına tərəfdar çıxacağını vəd etdi.

Doğrudur, bu, dəryada balıq sevdasına bənzəyirdi. Amma kiçik də olsa nəticə idi. Ən azı məsələnin aktuallaşdırılması, gündəliyə gətirilməsi baxımından...

Bir neçə gün sonra Ramilin keçmiş vəkilini çağırıb ekstradisiya ilə bağlı müraciət hazırlamasını xahiş etdim. Vəkil heç nə demədən qovluğundan hazır mətn çıxarıb masanın üstünə qoydu. Başa düşdüm ki, səmərəsiz təşəbbüsdür. Amma yenə də göndərməyə qərar verdim. Bir neçə ay sonra şablon cavab aldıq.

Növbəti görüşüm ölkənin milli təhlükəsizliyinə cavab verən qurumun - Konstitusiyanı Müdafiə Komitəsinin sədri, general-leytenant  Laslo Balayti ilə oldu. Vəsilə ona bizim Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun məktubunu təqdim etmək idi. Əlbəttə, sənədi protokol xidməti vasitəsi ilə də göndərmək olardı. Sadəcə, fürsətdən yararlanıb mühüm güc strukturuna rəhbərlik edən  Balaytinin ehtimali ekstradisiya ilə bağlı fikrini öyrənmək istəyirdim. Söhbətimiz bir saata yaxın çəkdi. General ölkəmizin üzləşdiyi erməni işğalı, Dağlıq Qarabağ münaqişəsi, gənc zabiti cinayətə sövq edən amillər haqqında dediklərimə diqqətlə qulaq asdı. Amma əvvəlcədən də gözlədiyim kimi, bu görüşdən də nəticəsiz qayıtdım.

Məsləhət üçün üz tutduğum Macarıstanın Rusiyadakı keçmiş səfiri (1999-2003-cü illərdə eyni zamanda Azərbaycanda da akkreditasiya olunmuş, nazir işlədiyim dövrdə etimadnaməsinin surətini mənə təqdim etmişdi), həmin vaxt Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru Erno Keşkeni, parlamentin vitse-spikeri Şandor Lejak da konkret yol göstərə bilmədilər.
Baş tutan görüşlərdən bir nəticə çıxardım: aşağıdan heç kəs təşəbbüslə çıxış etmək niyyətində deyil. Qərarı yalnız Baş nazir verə bilərdi! Bakıdakı Macarıstan səfiri Jolt Çutora, əvvəldən tanıdığım və ölkəmizə xoş münasibəti ilə seçilən bir sıra digər macar rəsmiləri də diqqəti eyni nöqtəyə çəkirdilər: müsbət nəticə əldə etmək istəyirəmsə, məsələni Viktor Orban səviyyəsinə qaldırmaq lazımdır. Lakin necə?
Bu sual mənə rahatlıq vermirdi. Hətta bəzən hissə qapılıb Bakıda  dövlət başçısı qarşısında təşəbbüs qaldırdığıma görə özümü qınamağa başlamışdım. Amma dərhal da ani ruh düşkünlüyünə qarşı daxilimdə etiraz səsi qaldırırdım. Əgər vəd vermisənsə, yerinə yetirmək lazımdır! İstəmirdim ki, haqqımda gücü çatmayan yükün altına girən boşboğaz, vədəbaz adam təəssüratı yaransın.

***

Təşəbbüs məndən gəlmişdisə, çıxış yolunu da özüm tapmalı idim.  Hələlik rəsmi təmaslar vasitəsi ilə heç nə alınmırdı. Ona görə də fəaliyyətin istiqamətini dəyişmək, məsələyə fərqli rakursdan yanaşmaq qərarına gəldim.
Ramil Səfərova hüquqi cəhətdən bəraət qazandırmağın mümkünsüzlüyünü yaxşı başa düşürdüm. Lakin onun intellektual və mənəvi baxımdan erməni, eləcə də erməni təsiri altına düşmüş macar mətbuatının təqdim etdiyindən tam fərqli olduğunu ortaya qoymaq, adamları buna inandırmaq mümkün, hətta zəruri idi.

Mediada, kütlə arasında, ictimai-siyasi dairələrdə azərbaycanlı zabitə münasibəti dəyişdirmək onun gələcək ekstradisiyasını yüngülləşdirən amillərdən biri ola bilərdi. Erməni mətbuatının Ramil Səfərov haqqında həm əvvəllər, həm də xüsusən Vətənə qaytarılandan  sonra işlətdiyi iyrənc epitetləri, gücsüzlükdən doğan təhqir və iftiraları yada salmağa lüzum görmürəm. Təəssüf ki, macar jurnalistləri də məhbus zabitə münasibətdə bir çox hallarda erməni həmkarlarının təsiri altında hərəkət edirdilər, onların fikir və mülahizələrini təkrarlayırdılar. Tək bir faktı xatırlatmaq kifayətdir ki, macar kütləvi informasiya vasitələrində Ramil Səfərovun şəxsiyyətindən, yaxud baş vermiş qətl hadisəsindən danışarkən ümumiyyətlə ad çəkməyə lüzum görmürdülər. Sadəcə "azeri baltaş gyilkoş", ("azərbaycanlı baltalı qatil") ifadəsindən istifadə edirdilər. Bu xoşagəlməz ifadə az qala macar mətbuatının brendinə və insanlarımıza münasibətin göstəricisinə çevrilmişdi. Əgər bu gün də google.hu saytında "baltaş gyilkoş" yazıb axtarış verən olsa,  minlərlə  biri-birindən xoşagəlməz materiala təsadüf etmək mümkündür.
Deyək ki, qızışdırıcı emosional yükə malik "baltalı qatil" ifadəsini başa düşmək mümkündü. Bəs qatilin milli mənsubluğunu hər dəfə vurğulamağa, qabartmağa nə ehtiyac vardı? Onun azərbaycanlı olduğunu mütləq yada salmaq hansı məqsədə xidmət edirdi? Məgər, macarlar bilmirdilər ki, cinayətkarın milləti, vətəni yoxdur? Məgər qətlə yetirilənin xristian erməni, qatilin müsəlman azərbaycanlı olmasının hər dəfə nəzərə çarpdırılması yüz minlərlə oxucunun yaddaşında hansı assosiasiyalar doğurduğu, hansı təsir bağışladığı onlara məlum deyildi? Bu yolla özlərini maraqlı tərəf kimi ortaya qoymalarının fərqində deyildilər? (525-ci qəzet)
 

Davamı var...

Oxşar xəbərlər
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO
16 May 2024 | 13:35
Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO
16 May 2024 | 13:35
Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ