Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? - Vilayət Quliyev yazır
Vilayət QULİYEV
Azərbaycanın Macarıstandakı keçmiş səfiri
Oxuyacağınız qeydləri hadisələrin isti izi ilə, 2012-ci ilin sonlarında yazmışdım. O zaman çap etdirmək istəyirdim. Sonra fikrimi dəyişdim.
Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı prosesdə dövlət sirri sayılacaq heç nə yoxdur. Elə isə çap məsələsində tərəddüd nədən qaynaqlanırdı? Sadəcə fikirləşirdim ki, insanlar özümü öymək, bu işdə hansısa mühüm rol oynadığımı göstərmək fikrinə düşdüyümü güman edə bilərlər...
Təbii ki, təqdim olunan qeydlər bədii əsər deyil. Anadolu türkləri demiş, burada "xəyal ürünü" sayıla biləcək heç nə yoxdur. Sadəcə, baş verənləri əvvəldən sona kimi xroniki ardıcıllıqla və bəzi məqamlarda fərdi düşüncələrimi bölüşməklə təsvir etməyə çalışmışam. Yaxşı başa düşürəm ki, oxuyanlar bəzi fikirlərimlə, hadisələrə yanaşma tərzimlə razılaşmaya bilərlər. Bu, onların haqqıdır. Aydın məsələdir ki, hamının xoşuna gəlmək mümkün deyil.
Azərbaycan qardaş Macarıstanla işbirliyi, yüksək səviyyədə qarşılıqlı inam və etimad nəticəsində ekstradisiya aktını həyata keçirməklə R.Səfərov işində son nöqtəni qoydu. Dünya erməniliyi və onlara havadarlıq edən bəzi Avropa qurumları isə hələ də məsələni gündəlikdən çıxarmağa tələsmirlər. Ondan ölkəmizə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.
Cəhdlərinin faydasızlığını, qərarlarının heç nə dəyişməyəcəyini bilsələr də, mənasız "prinsipiallıq" göstərirlər. Hətta aradan on ilə yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci və 2021-ci ilin yazında da "Ramil Səfərov işi" yenidən Avropa Şurasının gündəliyinə çıxarılmış, yeni qətnamə qəbul edilmişdi. Aydın məsələdir ki, bu qətnamə də növbəti bürokratiya nümuməsi olmaqdan irəli getməyəcək.
Bu aspektdən çıxış edərək qeydlərin çapına qərar verərkən 2012-ci ildə yazılmış mətndə bəzi əlavə və düzəlişlər aparmaq zərurəti yarandı.
Əvvəl düşündüm ki, zəfərlə başa çatan İkinci Qarabağ savaşından sonra ümumiyyətlə bu məsələyə qayıtmağa lüzum varmı? Amma razılaşaq ki, Ramilin hərəkəti də xalqımızın erməni işğalının nəticələri ilə heç zaman, heç bir şəkildə barışmayacağının sərt və özünəməxsus ifadəsi idi.
Ramil Səfərovun ekstradisiyası Azərbaycan diplomatiyasının, hüquq-ədliyyə sisteminin uğuru idi. Şübhəsiz, bu nəcib və humanist niyyətin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəsarəti, əzmkarlıq və prinsipiallığı çox mühüm rol oynamışdı. Ekstradisiya aktının uğuru həm də müstəqil milli dövlətimizin nüfuz və etibarlılığının nəticəsi sayılmalıdır.
Macarıstan Baş naziri cənab Viktor Orbanın xeyirxahlığı, humanistliyi və qətiyyəti də eyni dərəcədə əhəmiyyətli olmuşdu. Nəticədə bəzi qara qüvvələrin iki dost dövləti - Azərbaycanla Macarıstanı üz-üzə qoymaq üçün yararlanmaq istədikləri "R.Səfərov işi" sonda ölkələrimizi yaxınlaşdıran amilə çevrilmişdi.
Tanıdığım, hətta tanımadığım insanlar dəfələrlə ekstradisiya olayının pərdəarxası haqda soruşublar, dövlət qurumlarının, səfirliyin, özümün, habelə bu və ya digər şəxslərin prosesdə rolu və iştirak səviyyələri ilə maraqlanıblar, müxtəlif versiya və şayiələrə aydınlıq gətirməyimi istəyiblər. Düşünürəm ki, maraqlandıqları suallara cavabı tam olmasa da, əsasən bu subyektiv qeydlərdə tapacaqlar.
İyun, 2021-ci il.
***
Azərbaycan ordusunun erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş hərbi qulluqçusu Ramil Səfərov artıq on ilə yaxındır ki, Vətəndə, yaxınları və doğmaları arasındadır. Sıralarından məcburən ayrıldığı Silahlı Qüvvələrə bərpa olunub, hərbi xidmətini davam etdirir, ailə qurub, övlad atası olub. Hamı kimi adi həyatını yaşayır və bəlkə də gənc ömrünün macar həbsxanasında keçən çətin dövrü pis yuxu kimi ara-sıra yadına düşür.
Ola bilsin ki, sözlərim kimlərəsə - ilk növbədə bəzən olmayan yerdə qəhrəman axtarışına çıxanlara xoş gəlməyəcək: amma o da həqiqətdir ki, aradan keçən illər ərzində insanlar müəyyən istisnalarla R.Səfərovu qismən də olsa unutmağa, yaddaşlarından silməyə macal tapıblar. İlk günlərin eyforiyası arxada qalıb. Adı ətrafında yaranan qəhrəmanlıq aurası, əzabkeşlik haləsi artıq solğunlaşıb. Amma eyni zamanda belə bir fikirlə razılaşmaq lazımdır ki, 2004-cü ilin fevralında, hadisələrin isti izi ilə Budapeştdəki qətl olayına münasibət cəmiyyətdə fərqli şəkillərdə təzahür etsə də, bütünlükdə soydaşlarımız həyatını riskə qoymuş zabitin taleyinə heç zaman laqeyd qalmamışdılar. Ölkəmizin hər yerində qadınlı- kişili, qocalı-cavanlı hər kəs, ən çox da adi, sıradan olan insanlar dara düşmüş həmvətənimizə bacardıqları qədər mənəvi dəstək verməyə çalışır, onu ən azı sevgi və rəğbətləri ilə ayaqda tutmağa can atırdılar. Hətta daxilən Ramil Səfərovun seçdiyi mübarizə üsulu ilə sona qədər razılaşmayanlar da özlərini onun müdafiəçiləri sırasında görməkdən və göstərməkdən açıq-aşkar məmnunluq duyurdular. Bir vaxtlar şəkilləri avtobusların, taksilərin, minik avtomobillərinin ön şüşələrini bəzəyirdi.
Qəzetlər, özəlliklə müxalif mətbuat az qala hər gün ondan yazırdılar. Hətta yanılmıramsa, haqqında "Cənab leytenant" adlı bir mahnı da bəstələnmişdi. Sonu görünməyən Qarabağ savaşının dəhşətli itkilərindən, intiqamı alınmayan Xocalı soyqırımının hiddətindən, "Erməni həmişə qapımızda nökər-qulluqçu olub" iddiası ilə bir araya sığmayan məğlubiyyətdən pəjmürdə vətəndaşlarımız onun simasında həyatı bahasına düşməndən intiqam almış yenilməz qəhrəman görməyə hazır idilər. Hətta bu qəhrəmanlıq, yaxud "qəhrəmanlıq" ortaya bəzi cavabsız suallar çıxarsa da! İndi hər şey tarixə qovuşub. Bütün bunlar arxada qalıb. Təbii ki, arxada qalan, tarixə qovuşan torpaq itkisi, Qarabağdakı erməni işğalı deyil, 15 il əvvəl Budapeştdə baş verən və cəmiyyətinizi silkələyən hadisədir.
Zənnimcə, keçmişin unudulmasına hamıdan az təəssüflənən, hətta başqaları ilə müqayisədə daha çox sevinən Ramil Səfərovun özü olmalıdır. Çünki azadlıqda yaşamaq, yurdun havası ilə nəfəs almaq, cəmiyyətin tam hüquqlu üzvünə çevrilmək, nəhayət hansısa bir şəkildə yenidən fəaliyyət və mübarizə imkanı qazanmaq bir vaxtlar sahib olduğu naqolay şöhrətdən qat-qat qiymətlidir.
İstər macar həbsxanasında qaldığı müddətdə, istərsə azadlığa çıxandan sonra dəfələrlə telefonda danışsaq da, Ramillə indiyə qədər canlı, üzbəsurət görüşməmişəm. Amma bu da taleyin qəribə bir təsadüfüdür ki, heç zaman üzünü görmədiyim bu insanın həyatını dəyişdirən iki mühüm hadisədən ilk xəbər tutanlar, hətta imkan və səlahiyyət daxilində müəyyən qərar verənlər sırasında olmuşam.
"Həyatını dəyişdirən iki hadisə" dedikdə söhbət 2004-cü ilin fevralında Budapeştdə baş verən qətldən və ömürlük həbs cəzası çəkdiyi macar həbsxanasından Azərbaycana ekstradisiyasından gedir...
***
2004-cü il fevralın 19-u. O zaman Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyirdim. Daha dəqiq desəm, artıq beşinci il idi ki, bu mühüm dövlət qurumuna rəhbərlik edirdim. Nisbətən sakit başlayan adi iş günlərindən biri idi. Bakı vaxtı ilə təxminən saat 13 radələrində Avstriyadakı səfirimiz Vaqif Sadıqovdan mobil telefonuma zəng gəldi. Sonralar xarici işlər nazirinin müavini, Azərbaycanın İtaliya və İsveçrə, hazırda isə Belçikada səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi kimi ölkəmizin xarici siyasət xəttini bacarıqla həyata keçirən Vaqif müəllimi hər şeyin yerini bilən, yazılmış və yazılmamış qanunlara az qala pedantlığa varacaq dərəcədə dəqiq əməl edən təcrübəli diplomat, bacarıqlı dövlət məmuru və yetkin və xeyirxah insan kimi tanıyıram.
Yəqin ki, xəbərdar olanlar bilir - nazir işlədiyim dövrdə ictimaiyyətə və mətbuata kifayət qədər açıq idim (Hətta 2002-ci ildə əsasən müstəqil və müxalif qəzetlərin sorğusu əsasında keçirilən "Jurnalistlərin dostu" müsabiqəsində mükafata layiq görülmüşdüm). Heç vaxt heç kimdən gizlənmirdim. Tez-tez nömrə dəyişmək şakərim də olmayıb. 1999-cu ildən bu günə qədər eyni mobil nömrədən istifadə edirəm. Operativ əlaqə saxlamaq üçün həmin nömrə bir çox media təmsilçilərində və təbii ki, bütün diplomatik nümayəndəliklərimizdə vardı. Jurnalistlər öz yerində, bir sıra səfirlər adicə hal-əhval tutmaq üçün də ərklə həmin nömrəyə telefon açırdılar. Burada qeyri-adi bir şey görmürdüm. Amma Vaqif Sadıqovun xarakterinə yaxşı bələd olduğumdan sıradan bir məsələ ilə bağlı mobil telefona zəng çalacağı inandırıcı təsir bağışlamırdı. Ona görə də hələ bir söz deməmiş nə isə fövqəladə hadisə baş verdiyini düşündüm. Səsinin narahat və həyəcanlı tonu gümanımda yanılmadığımı göstərirdi. Fikirləşdiyim kimi də oldu. Səfir dünən gecə Budapeştdə, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Macarıstan Müdafiə Nazirliyinin Mikloş Jrinyi adına Hərbi Akademiyasında, üç aylıq xarici dil kurslarında təhsil alan Azərbaycan ordusunun zabiti, baş leytenant Ramil Səfərovun eyni kurslarda oxuyan erməni zabiti, leytenant Gurgen Markaryanı qətlə yetirdiyini, ikinci ermənini - Hayk Makuçyanı öldürməyə cəhd göstərdiyini bildirdi. Hadisə yerinə gələn macar təhlükəsizlik orqanları tərəfindən həbs edildiyini, ilk ifadəsinin alındığını xəbər verdi.
Həmin dövrdə Mərkəzi və Şərqi Avropa ölkələrinin heç birində səfirliyimiz yox idi. Öz növbəsində Macarıstanın da Bakıda diplomatik nümayəndəliyi fəaliyyət göstərmirdi. Ona görə də ölkənin Xarici İşlər Nazirliyindən Budapeştə ən yaxın olan Vyanadakı Səfirliyimizə zəng vurub məlumat vermişdilər.
"Yenilik" həqiqətən də gözlənilməz və gözlənilməz olduğu qədər də problematik idi. Hər şeydən öncə baş vermiş insident gündəlik həyatda təsadüf edilən adi, sıradan bir qətl hadisəsi deyildi. Beynəlxalq miqyaslı siyasi qalmaqala yol açacaq düşünülməmiş addım idi. Gənc zabit tək özünü deyil, vətəndaşı olduğu respublikanı, dövlətin siyasi rəhbərliyini də çətin vəziyyət qarşısında qoymuşdu. Hər an ölkəmizə və xalqımıza çamur atmağa, qara yaxmağa çalışan düşmənin və erməni havadarlarının əlinə xəyallarına gəlməyəcək bir fürsət verilmişdi.
Bunun ardınca Bakıya hər tərəfdən necə güclü təzyiq göstəriləcəyini, Ermənistanın və erməni diasporunun dünya miqyasında "qaniçən, vəhşi azərbaycanlı" obrazı yaratmaq üçün necə şou düzəldəcəyini təsəvvürə gətirmək çətin deyildi: "Əgər azərbaycanlılar yad şəhərdə, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən humanitar tədbirdə bir zabiti məhz erməni olduğuna görə vəhşicəsinə qətlə yetirirlərsə, onlarda bir arada necə yaşamaq olar?" Təbii ki, bu mesajın bütün ölkələrə, beynəlxalq qurum və təşkilatlarına göndərilməsini çox gözləmək lazım gəlməyəcəkdi...
Hətta ani olaraq ağlımdan keçdi ki, xəbəri eşidən Ermənistan rəhbərliyi, türk düşmənçiliyi ruhunda köklənmiş erməni millətçiləri bəlkə də ürəklərində sevinəcək, bu gözlənilməz addımı ilə onlara sərfəli şans vermiş azərbaycanlı zabitə "afərin" deyəcəklər. Çünki şovinist erməni təbliğatı və hərbi-siyasi dairələri üçün hansısa Markaryanın, yaxud Manuçyanın öldürülməsi qətiyyən faciə deyildi. Əsas məsələ bu ölümün başdan-başa saxtakarlıq üzərində qurulmuş "erməni ideyasına" nə qədər faydalı, gərəkli olması idi. İndiki halda əhəmiyyətsiz bir fiqur itirsələr də, məlum ideya baxımından uduşlu vəziyyətdə idilər...
Həmin mövqedən yanaşılanda Budapeştdəki qətl müəyyən mənada Koçaryan rejiminin göydə axtardığı fürsət idi. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını yeni faktla əsaslandırmaq, "İsa nuru ilə işıqlanmış insansevər xristian ermənilərlə" cənnəti qılınc kölgəsində axtaran fanatik müsəlmanların - Azərbaycan türklərinin birgə yaşamalarının mümkünsüzlüyünü sübuta yetirmək üçün yeni dəlil, "daşdan keçən" sübut tapılmışdı. Fürsət öz ayağı ilə gəlib çıxmışdı. Ermənilərin ondan işlərinə yarayan şəkildə istifadə etmələrini çox gözləmək lazım gəlməyəcəkdi. Belə də oldu... Tezliklə dilsiz azərbaycanlı körpələrin qatili Koçaryan baş vermiş hadisəyə əsaslanaraq Strasburqda, Avropa Şurasının tribunasından ermənilərlə Azərbaycan türklərinin birgəyaşayışının mümkünsüzlüyü barəsində özünün irqçilik qoxusu verən cəfəng iddiasını irəli sürdü və etirazla qarşılanmadı...
Bütün bunlar sonralar baş verəcəkdi. Həmin anda isə əsas məsələ artıq həbsxana divarları arxasında olan zabitimizlə dərhal əlaqə yaratmaq, həm özünə, həm də Macarıstan ictimaiyyətinə və rəsmi dairələrə Azərbaycanın vətəndaşının yanında olduğu, taleyi ilə yaxından maraqlandığı mesajını çatdırmaq idi. Sırf insani və dövləti baxımdan da bu, son dərəcə təxirəsalınmaz borc idi.
Odur ki, Vaqif Sadıqova vaxt itirmədən o zaman səfirlikdə hərbi attaşe vəzifəsində çalışan polkovnik-leytenant Samir Mehdiyevlə birlikdə Budapeştə getməyi məsləhət gördüm. Ramil Səfərovla görüşüb hadisənin təfərrüatını birbaşa özündən öyrənməyi, dərhal vəkil tutmağı, günü bu gündən etibarən fəaliyyətimizin əlaqələndirilməsi üçün macar rəsmiləri ilə müzakirələr aparmağı və proseslərin sonrakı gedişi barəsində nazirliyi mütəmadi məlumatlandırmağı xahiş etdim.
Sonra milli təhlükəsizlik naziri Namiq Abbasov və müdafiə naziri Səfər Əbiyevə zəng vurdum. Namiq Abbasov artıq öz kanalları ilə insident barəsində məlumat almışdı. Səfər Əbiyev isə xəbərsiz idi. Qısa müzakirədən sonra Prezident İlham Əliyevi yaşlı və təcrübəli həmkarımızın - milli təhlükəsizlik nazirinin məlumatlandırması barədə ümumi razılığa gəldik. Baş verən hadisə cəmisi dörd ay əvvəl mühüm posta seçilən dövlət başçısı üçün də problemlərlə dolu sürpriz idi.
Məlumatı kifayət qədər soyuqqanlılıqla dinləyən Prezident hər üç nazirliyə müvafiq tapşırıqlar verdi. Fikir mübadiləsi zamanı Xarici İşlər Nazirliyinin qısa müddətdə hadisəni diqqətlə, obyektiv şəkildə araşdırıb beynəlxalq ictimaiyyətə ünvanlanan ölçülüb-biçilmiş bəyanatla çıxış etməsi qərara alındı.
Axşamdan xeyli keçmiş səfir Vaqif Sadıqov bu dəfə Budapeştdən zəng vurdu. Artıq Macarıstanın Xarici işlər, Ədliyyə və Müdafiə nazirliklərində olmuşdu. Həbsxanada Ramil Səfərovla görüşmüşdü. Onunla ətraflı söhbət etmiş, işinə yaraya biləcək məsləhətlər və təlimat verməyə çalışmışdı. Mümkün qədər tez bir zamanda vəkil və tərcüməçi tutulması istiqamətində axtarışlara başlamışdı.
Vaqif Sadıqovun məhbus zabitin sözlərinə əsaslanaraq dediyinə görə, kursda təhsil alan erməni hərbçiləri özlərinin ikibaşlı atmacaları, harın və saymazyana davranışları ilə dəfələrlə azərbaycanlı zabitin izzəti-nəfsinə toxunmuşdular. İşğalçı ordunun təmsilçilərindən kurs rəhbərliyinə şikayət etməyi mənliyinə sığışdırmayan Ramil Səfərov onlarla başqa cür haqq-hesab çəkməyi, yəni hər ikisini öldürməyi, həm də niyyətini Xocalı soyqırımının növbəti ildönümünün tamam olduğu gün - fevralın 25-dən 26-na keçən gecə gerçəkləşdirməyi qərara almışdı.
Bu məqsədlə əvvəlcədən bıçaq və balta tədarükü görmüşdü. Lakin hisslərinə hakim kəsilə bilmədiyindən, bəlkə də affekt vəziyyətinə düşdüyündən fevralın 26-na qədər gözləməyə səbri çatmamışdı. Niyyətini planlaşdırdığından bir həftə tez - fevralın 18-dən 19-na keçən gecə həyata keçirmişdi. Bildirdiyinə görə, həmin gün yeməkxanadan qayıdarkən yanından ötən ermənilərin gülərək öz dillərində nə isə demələri səbrini daşıran son damla olmuşdu. Ermənicə bilməsə də, onun haqda danışdıqlarını, yaxud söz atdıqlarını düşünmüşdü. Daha bir həftə, yəni soyqırımının ildönümü gününü gözləmədən gecə ilə ikisinin də işini bitirməyə qərar vermişdi.
Və qərarına əməl eləmişdi. Doğrudur, qurduğu planı sona qədər icra edə bilməmişdi. Səs-küyə ayılan kursantlar ikinci erməni ilə haqq-hesab çəkməyə imkan verməmişdilər. Dərhal özlərini hadisə yerinə çatdıran Macarıstan təhlükəsizlik xidməti əməkdaşları Ramili həbs etmişdilər. Vaqif Sadıqovun dediyinə görə, ruscanı və ingiliscəni kifayət qədər yaxşı bilməyən azərbaycanlı zabit məhz dil bilgisinin məhdudluğu səbəbindən ilk istintaq zamanı sonralar əleyhinə çevrilən bir sıra ehtiyatsız söz və ifadələr işlətmişdi.
(Macar qanunlarına görə, ittiham edilən şəxs yazılı və şifahi ifadələrini ana dilində vermək hüququna malikdir. Lakin Budapeştdə Azərbaycan-macar tərcüməçisi tapılmadığından Ramil Səfərovun fevralın 19-da saat 14:28-dən 16:08-ə və 16:15-dən 17:05-ə qədər davam edən ilk dindirilmə zamanı ifadələri zəif bildiyi rus dilində alınmışdı. Yalnız sonradan macar-türk tərcüməçisi - indiyə qədər keçmiş məhbusla dostluq əlaqələrini davam etdirən və Macarıstanda türk dilinin ən yaxşı bilicilərindən biri kimi tanınan xanım Qabriela Ortunc prosesə qoşulmuşdu. İlk istintaqda rusca verdiyi ifadəni isə macar dilinə Susanna Timar çevirmişdi).
Səfir kimi Macarıstanda fəaliyyətə başlayandan sonra istintaq materialları ilə tanışlıq zamanı mənə aydın oldu ki, söhbət yalnız fikirlərin qeyri-dəqiq ifadəsindən, tərcümə çətinliklərindən gedə bilməzdi. Çox güman ki, dərhal zəruri hüquqi yardım almadığı, yaxud bəlkə də həmin vaxt millət yolunda şəhidlik eyforiyası yaşadığını, üzərinə "tarixi qəhrəmanlıq" missiyası götürdüyünü düşündüyü üçün Ramil macar müstəntiq qarşısında sonralar özünə qarşı çevrilən və məhkəmə prosesində ağırlaşdırıcı hal kimi dəyərləndirilən bir sıra lüzumsuz etiraflar etmişdi. Məsələn, ilk ifadələrinin birində qətli törətdiyi günə qədər erməni öldürmədiyinə görə daim böyük təəssüf hissi yaşadığını söyləmişdi. Budapeştdə, NATO kurslarında Ermənistan təmsilçilərinə rast gələndə bu boşluğu doldurmaqla bağlı gözəl fürsət yarandığını düşünərək istəyini həyata keçirmək üçün dərhal qərar verdiyini açıqlamışdı. Nə qədər həqiqət olduğunu deyə bilmərəm. Lakin istintaq materialında belə yazılmışdı.
Qətli soyuqqanlı şəkildə əvvəlcədən hazırlaması, bu məqsədlə Budapeştin Nepliget səmtindəki "Tesko" supermarketindən balta, bıçaq, hətta bülöv daşı alması, Markaryanı yatağında, yuxulu vəziyyətdə, xüsusi amansızlıqla baltalayaraq öldürməsi haqqındakı yerli-yataqlı, amma mahiyyət etibarı ilə lüzumsuz etirafları da sonda əleyhinə işləmişdi. İkinci erməni zabiti öldürmək niyyətini istintaqa bəyan etməsi isə ömürlük həbs cəzasına məhkum olunmasında həlledici amilə çevrilmişdi.
Həmin günün hadisələrinə qayıdaq. Nazir müavini Araz Əzimovla birlikdə gecə XİN-in bəyanatını hazırladıq. Sənədin mühümlüyünün fərqində idik. Hər sözün, ifadənin üzərində düşünmək, hər kəlməni yüz dəfə ölçüb-biçmək lazım gəlirdi. Çünki sabah yalnız ölkəmizdə və Ermənistanda deyil, dünyanın hər yerində Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi yaydığımız bəyanata istinad ediləcəkdi.
İctimai fikrə təsir baxımından sənədin inandırıcılıq gücü və əhəmiyyəti çox vacib idi. Eyni zamanda, yalnız həqiqətə arxalanmalı idik. Psixoloji məqamlar və humanist aspekt də diqqətdən kənarda qala bilməzdi. Təbii ki, sərt leksikonla birlikdə müəyyən emosionallığa da ehtiyac vardı. Bütün bu amilləri nəzərə aldığımızdan bəyanat baş verən hadisəyə görə təəssüf hissinin ifadəsi və erməni xalqına, erməni cəmiyyətinin sağlam hissəsinə başsağlığı ilə başlanırdı. Tarixi aspektə, hadisəni doğuran səbəblərin qısa izahına da lazımi diqqət yetirilmişdi.
Ermənistan Xarici İşlər Nazirliyi də eyni gündə bəyanat yaymışdı. Amma gözlədiyimiz kimi, burada bütün günah Azərbaycan tərəfinin üzərinə yıxılırdı. Həm də məsələ şəxsi müstəvidən çıxarılaraq dövlətçilik və ideologiya istiqamətinə yönəldilmişdi. Adətləri üzrə öz adlarını bizə qoymaqdan da çəkinməmişdilər. Həmin günə qədər heç kimin tanımadığı kiçik rütbəli zabitin - Ermənistan ordusunun leytenantı Markaryanın öldürülməsini dövlətin sifarişi ilə Azərbaycan xüsusi xidmət orqanlarının işləyib hazırladığı qisas əməliyyatı kimi qələmə verirdilər.
Qətl hadisəsi Ermənistan rəhbərliyinin işğalçılıq və etnik təmizləmə siyasətinin ortaya çıxardığı qaçılmaz nəticə kimi deyil, Azərbaycanda aparılan məqsədyönlü müharibə təbliğatının, qisasçılıq, revanşizm əhval-ruhiyyəsinin, dini ekstremizmin, erməni düşmənçiliyinin doğurduğu fəsad kimi təqdim olunurdu. Dünya birliyindən, nüfuzlu siyasi liderlərdən, beynəlxalq təşkilatlardan ən tez zamanda Azərbaycana qarşı qəti, təsirli tədbirlər görmək tələb edilirdi.
Qonşu ölkənin ATƏT yanındakı Daimi nümayəndəsi, səfir Cavan Təbibyan da (gör necə "xalis" erməni adı və soyadı var!) qaraqışqırıq salmaq və həyasızlıq eləmək üçün fürsəti əldən verməmişdi. Bir neçə dəfə Vyanada görüşdüyüm bu əcaib tip əslən zəngin İran ermənisi idi. Vaxtı ilə atasının və özünün müsəlmanlar arasında, onların hesabına qazandığı paraları Hayastan yolunda xərcləməyə xəsislik eləmirdi. Cibinin ağzını daim açıq saxlaması sayəsində təkcə Ermənistan rəhbərliyi tərəfindən səfir vəzifəsi ilə mükafatlandırılmamışdı, həm də avropalı diplomatlar arasında çoxsaylı dostlar qazanmışdı. ABŞ-ın ATƏT yanındakı Daimi nümayəndəsi ilə yaxınlıq edirdi. Bunun da nəticəsində Daimi nümayəndələr şurasının iclası zamanı Budapeştdə baş verən hadisənin Ermənistanın maraqlarına uyğun təfsir olunmasında, qiymətləndirilməsində elə bir ciddi çətinliklə üzləşməmişdi. Vaqif Sadıqov isə bütün səylərinə rəğmən demək olar ki, təklənmişdi.
Növbəti günlərdə, əvvəlcədən də gözlənildiyi kimi, bir çox yerli və xarici mətbuat orqanlarının, internet resurslarının aparıcı mövzularından biri Budapeştdə baş verən qətl hadisəsi idi. Ehtimallarımız doğrulmuşdu - az qala dünya miqyasında dəhşətli antiazərbaycan isterikası başlanmışdı. Təbii ki, bu isterik xorun ifaçıları üçün ən önəmli amil millətimizi qana hərislikdə, vandalizm və milli-dini ədavətdə suçlamaq baxımından ortalıqda faktın dayanması idi. Heç kəs səbəblər haqqında danışmırdı, hamı yalnız nəticə ilə maraqlanırdı. Nəticə isə belə idi ki, azərbaycanlı zabit Avropanın mərkəzində konkret günah sahibi olmayan erməni həmkarını qətlə yetirmişdi. Bu hərəkəti edərkən rəhbər tutduğu məntiq, əsaslandığı dəlillər hər bir azərbaycanlıya yaxşı bəlli idi. Amma indiki situasiyada hadisəyə bəraət qazandırmaq çətin idi. Konkret olaraq leytenant Markaryan Qarabağ savaşının iştirakçısı olmamışdı. Heç bir azərbaycanlı öldürməmişdi. Lakin o, yurdumuzu işğal edən, şəhər və kəndlərimizi viran qoyan, minlərlə dinc insanımıza divan tutan təcavüzkar erməni ordusunun zabiti idi... Erməni işğalı, erməni vəhşiliyi, Xocalı soyqırımı öz adekvat qiymətini almayana qədər, dünya birliyi Ermənistanı birmənalı şəkildə işğalçı adlandırmayana qədər qəsbkar Ermənistan ordusunun hərbi uniformasını geyinənlərə münasibətdə bu cür eksseslərin baş verməsi təbii və gözlənilən idi...
(Davamı var)
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17 Apr 2024 | 17:10
Abşeronda kişi meyiti tapıldı
17 Apr 2024 | 17:07
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17 Apr 2024 | 17:02
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
17 Apr 2024 | 16:57
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək