Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR - VİDEO
1384
01 Jun 2026 | 10:45

Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR - VİDEO

Müğənni Kəmalə Qaramollayeva ilə bağlı yayılan paylaşım sosial şəbəkələrdə diqqət çəkib.

Sənətçinin yenidən ailə həyatı quracağına dair iddialar gündəmə gəlib. Müzakirələrə səbəb olan görüntüləri əməkdar artist Mətanət İsgəndərli şəxsi sosial media hesabında paylaşıb.

Videoda Mətanət İsgəndərlinin həmkarına xoş arzularını çatdırdığı və ona xeyir-dua verdiyi anlar əks olunub.

Paylaşım qısa zamanda izləyicilərin marağına səbəb olub və sənətçinin şəxsi həyatı ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub. /Milli.az/

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər