İcra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - AÇIQLAMA - VİDEO
168
14:56, Bu gün

İcra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - AÇIQLAMA - VİDEO

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə olub, kəskin qoxu hiss olunub.
 
Qurumdan bildirilib ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, məsələ artıq aradan qaldırılıb:
 
"Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan sellofana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Həmin qurban payları yenisi ilə əvəz olunub".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər