110
15:30, Bu gün

"Haber Global" İlham Əliyevin Bakıda keçirilən WUF13-dəki çıxışından videosüjet hazırlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxış edib.
 
Moderator.az-ın xəbərinə görə, "Haber Global" "YouTube" kanalı bununla bağlı videosüjet hazırlayıb.
 
"Bu il rekord sayda insanın iştirakı təmin edilib. Mənə bu səhər verilən məlumata görə, 182 ölkədən 45 mindən çox qeydiyyatdan keçmiş iştirakçımız var. Bu, Azərbaycanda bir il əvvəl COP29-dan sonra təşkil etdiyimiz ikinci beynəlxalq tədbirdir. WUF13-ün nəticələrinin də COP29-un nəticələri kimi uğurlu olacağına ümid edirəm.
 
İlk dəfə Bakını, bizi ziyarət edən qonaqlarımız qarşıdakı bir neçə gün ərzində ölkəmizi və şəhərimizi daha yaxından, daha yaxşı tanımaq, şəhərsalma və şəhərplanlaşdırma sahəsində Azərbaycanda həyata keçirilən işləri görmək imkanı qazanacaqlar.
 
Azərbaycan Asiya və Avropa arasında, Şərqin Qərblə birləşdiyi bir mövqedə yerləşir ki, bu da təbii olaraq ölkəmizin memarlığında da öz əksini tapıb. Bakı köhnə şəhər mərkəzinin tarixi divarları arasında addımladığınız, şəhərin küçələrini gəzdiyiniz zaman bunun şahidi olacaqsınız və daha sonra Bakı bulvarının müasir görünüşü ilə də qarşılacaqsınız", - deyə İlham Əliyev bildirib.
 
Daha ətraflı videosüjetdə:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər