Bizi sosial şəbəkələrdən izləyin:
Bakı şəhərində yerləşən "Ulduzlara doğru" uşaq bağçasının həyətindən qəribə görüntülər yayılıb.
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, adıçəkilən bağçanın həyətyanı sahəsində qoyun, çəpiş və toyuqlar saxlanılır.
Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 24 ünvanında yerləşən bağçanın həyətindən havalar istiləşəndən sonra ətrafa üfunət iyi yayılır. Bu isə yaxınlıqda yaşayan sakinlərin narahatlığına səbəb olur.