Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
37
08:30, Bu gün

Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO

Qərara əsasən, dövlət torpaq sahələrinin illik icarə haqqı torpağın bazar dəyərinə uyğun olaraq müəyyən ediləcək. Belə ki, Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizinə, ölkənin digər şəhər və rayonları üzrə isə 2 faizinə müvafiq əmsallar tətbiq olunacaq.
 
Məsələni daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Baku TV-yə şərh edərək bildirib ki, bu qərar dövlət torpaqlarının dövriyyəyə cəlb olunması baxımından müsbət addımdır:
 
"Bu, alqışalayiq qərardır və hesab edirəm ki, dövlət torpaqlarının dövriyyəyə cəlb edilməsində çox ciddi rol oynayacaq. İndiyədək əmsal tətbiq olunmurdu. Sadə dillə desək, təxminən 10 min kvadratmetrlik torpaq sahəsi üzrə icarə haqqını 35-40 faizədək azaldır", - deyə ekspert qeyd edib.
 
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, yeni qaydalar dövlət torpaqlarının icarəyə verilməsi prosesində şəffaflığın artırılmasına xidmət edəcək.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər