Güclü külək ağacı maşınların üzərinə aşırdı - VİDEO
206
08:51, Bu gün

Güclü külək ağacı maşınların üzərinə aşırdı - VİDEO

Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağac aşaraq, “Mercedes-Benz” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bundan başqa, şəhərin digər hissəsində qaz xətti qırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər