Bizi sosial şəbəkələrdən izləyin:
Xətai rayonu, Kazımağa Kərimov küçəsində təxminən bir ay əvvəl baş verən avtomobil qəzası nəticəsində işıq dirəyinə ciddi ziyan dəyib və nəticədə bir neçə evə gedən elektrik xətti qəzalı vəziyyətə düşüb.
Sakinlər Baku TV-yə bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərinə cavab verən olmayıb.
"Kabel xətləri qaz borusunun üstündən sallanır. Qısaqapanma baş versə, hər tərəf yanacaq", - deyə sakin narazılığını dilə gətirib.
Məsələ ilə bağlı "Azərişiq" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, vətəndaşlar tərəfindən onların qaynar xəttinə hər hansı müraciət daxil olmayıb. Qəzadan xəbər tutan kimi dərhal əraziyə əməkdaşlar göndərilib, vətəndaşları narahat edən problem yerindəcə aradan qaldırılıb.