Həkim astmanın gizli simptomlarını açıqladı
Sağlamlıq
194
08:18, Bu gün

Həkim astmanın gizli simptomlarını açıqladı

Kəskin respirator virus infeksiyasından sonra uzunmüddətli öskürək, soyuq havada fitəbənzər nəfəsalma, gecə öskürək tutmaları və sinədə sıxılma hissi bronxial astmanın əlaməti ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya tibb elmləri namizədi Dmitri Bulanov danışıb.
 
"Bu vəziyyət tez-tez bronxit, soyuq havadan sonra yaranan öskürək, respirator infeksiyadan sonra fitəbənzər nəfəsalma və ya sürətli yerimə, pilləkən qalxma, gülmə və fiziki yüklənmə zamanı təngnəfəslik kimi təsvir olunur. Simptomlar qeyri-müəyyən olduğuna görə xəstəlik ayrıca problem kimi qəbul edilmir və çox vaxt soyuqdəymənin nəticələri kimi müalicə olunur", - deyə həkim bildirib.
 
"Bu gün insan özünü normal hiss edə bilər, sabah isə gecə öskürəkdən oyanar, nəfəs verərkən fit səsi eşidər və ya sanki sinəsi sıxılırmış kimi hiss edər", - deyə mütəxəssis əlavə edib.
 
D.Bulanov qeyd edib ki, simptomlar, xüsusilə, gecə saatlarında və ya səhərə yaxın güclənə bilər. Virus infeksiyaları, allergenlərlə təmas, soyuq hava, tüstü, toz, kəskin qoxular və fiziki yüklənmə də vəziyyəti ağırlaşdıra bilər.
 
Həkim "öskürək astması" adlanan formanın da mövcud olduğunu bildirib. Bu halda öskürək xəstəliyin əsas və ya yeganə əlaməti olur.
 
Lakin mütəxəssis vurğulayıb ki, bu simptom postnazal axıntı, xroniki rinosinusit, qastroezofageal reflüks, dərmanların təsiri, eozinofilik bronxit və qırtlaq funksiyası pozuntusu kimi digər səbəblərlə də əlaqəli ola bilər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər