Bakıda yolda qazılmış çuxur qəzaya səbəb oldu - VİDEO
306
12:31, Bu gün

Bakıda yolda qazılmış çuxur qəzaya səbəb oldu - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, Oxu.az-a müraciət edən vətəndaş bildirib ki, hadisə yolun təmir aparılan, lakin xəbərdaredici nişan olmayan hissəsində baş verib.

Şikayətçinin müraciətini olduğu kimi təqdim edirik:

"Aprelin 24-də, saat 23:30-da Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə yaşayış massivində idarə etdiyim nəqliyyat vasitəsi hərəkətdə olarkən qəfil təmir işləri aparılan sahəyə düşdü. Qəzanın baş verməsinə səbəb yolda təmir işlərini həyata keçirən qurum tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Sözügedən ərazidə Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 11-ci maddəsinin tələbləri pozulub. Belə ki, həmin ərazidə əvvəlcədən heç bir xəbərdaredici nişan, gecə vaxtı görünən işıqqaytarıcı element və ya xüsusi maneə göstəricisi quraşdırılmayıb.

Müəyyən edilmiş 60 km/saat sürətlə hərəkət edirdim. Xəbərdarlıq olmadığı üçün maneəni vaxtında görmək mümkün olmadı və nəticədə qəza baş verdi. Hadisə nəticəsində avtomobilə ciddi maddi ziyan dəyib".

Vətəndaş əlavə edib ki, qəza anı və yolun nişansız olması faktı avtomobildə quraşdırılmış videoqeydiyyat kamerası vasitəsilə tam qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər