Paytaxt sakinlərinə sevindirici xəbər - VİDEO
274
08:20, Bu gün

Paytaxt sakinlərinə sevindirici xəbər - VİDEO

Bakı şəhərində abadlıq-quruculuq işlərinin aparılması davam edir.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Bakı sakinlərinin və qonaqlarının tez-tez istifadə etdiyi İslam Səfərli küçəsini əhatə edir.
 
Küçənin piyadayönümlü formata keçirilməsi məqsədilə aparılan quruculuq işləri demək olar ki, yekunlaşıb. Küçə boyu mövcud olan kommunikasiya xətləri yenilənib, beton örtük salınıb. Yaşıllıqlar üçün xüsusi sahələr ayrılıb. Eyni zamanda küçənin hər iki tərəfində skamyalar quraşdırılıb.
 
Ən önəmli məqamlardan biri də odur ki, bu küçə şəhərin iki vacib məkanını - Qış parkı ilə Fəvvarələr meydanını bir-birinə birləşdirir. Şəhərin qonaqları və sakinləri bu küçədən istifadə etməklə rahat şəkildə Qış parkından Fəvvarələr meydanına keçə biləcəklər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər