Bizi sosial şəbəkələrdən izləyin:
Bir ailənin 7 üzvü evsiz qalıb. Nə kirayə pulu ödənilir, nə də kompensasiya verilir...
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, 2021-ci ildə Bakı şəhərinin Nəsimi rayonu, Azadlıq prospekti, 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaşın sözlərinə görə, düz üç ildir "Olympus Park" ona verilən kirayə pulunu kəsib.
Ailə şəhərin müxtəlif ünvanlarındakı zirzəmilərdə gecələdiklərini deyir.
Nə mənzil, nə də kompensasiya ala bilmədiklərini deyən sakinlər iddia edirlər ki, apellyasiya məhkəməsi də vətəndaşların xeyrinə qərar verib, lakin qərar icra olunmur.