Bizi sosial şəbəkələrdən izləyin:
Polşa Avropada nüvə təhlükəsizliyi üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyən Fransanın "Qabaqcıl Çəkindirmə" təşəbbüsünə qoşulub.
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron və Polşa Baş naziri Donald Tusk Qdanskda keçirilən mətbuat konfransında bildiriblər.
D.Tusk artan təhdidlər qarşısında Avropanın suverenliyinin gücləndirilməsinin və çəkindirmə mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq Polşanın proqramda iştirakını təsdiqləyib.
O, hazırda Polşa ərazisində Fransanın nüvə silahlarının yerləşdirilməsini nəzərdən keçirilmədiyini desə də, nüvə əməkdaşlığı təşəbbüsünə qoşulmaq o deməkdir ki, əməli addım atılır. Bu addım isə Avropanın daha bir ölkəsinin nüvə dövlətinə çevrilməsi yolunda irəliləməsi deməkdir. Nəzərə alsaq ki, Polşa Avropada, NATO-da ən güclü ordulardan birinə sahibdir, silahlanmaya ən çox maliyyə ayıran ölkələrdən biridir, deməli, nüvə silahı ilə daha da güclənəcək.