Müasir müharibələrin kabusu - Dronlarla mübarizə taktikalarında effektiv üsul nədir? - VİDEO
172
08:09, Bu gün

Müasir müharibələrin kabusu - Dronlarla mübarizə taktikalarında effektiv üsul nədir? - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında müasir müharibələrdə dronların rolu və onlara qarşı mübarizə üsulları təhlil edilib.
 
Bildirilib ki, xüsusilə FPV kamikadze və ağır zərbə dronları döyüşün əsas elementinə çevrilib və bu, çoxşaxəli müdafiə sistemlərini zəruri edir.
 
Qeyd olunub ki, müdafiə ən sadə üsullardan başlayır. Səngərlərin torlarla örtülməsi, texnikaya metal "qəfəs"lərin quraşdırılması FPV zərbələrinin qarşısını alır. Maskalanma, saxta hədəflər və manevr isə zərbələrin effektivliyini azaldır.
 
Yaxın məsafədə qırmasəpən silahlar "son şans" vasitəsi sayılır, daha effektiv yanaşma isə uzaqdan mübarizədir. Elektron müharibə sistemləri siqnalları pozaraq və GPS-i çaşdıraraq eyni anda bir neçə dronu zərərsizləşdirə bilir.
 
"Pantsir-S1" kimi HHM sistemləri böyük dronlara qarşı effektiv olsa da, bahalıdır. Alternativ olaraq lazer silahları və "Sting" tipli antidronlar ön plana çıxır.
 
Sonda vurğulanıb ki, effektiv müdafiə yalnız kompleks yanaşma ilə mümkündür: uzaqdan elektron mübarizə, orta məsafədə HHM, yaxın məsafədə fiziki baryerlər və atəş vasitələri, paralel maskalanma və manevr. Müasir müharibədə üstünlük texnologiya və sürətli uyğunlaşmadan asılıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər