NASA Ay missiyasını təhlükə altına sala biləcək problemi açıqlayıb
Dünya
150
09:10, Bu gün

NASA Ay missiyasını təhlükə altına sala biləcək problemi açıqlayıb

NASA Ay səthinə 2028-ci ildə planlaşdırılan enişin skafandrların hazırlanmasındakı gecikmələr səbəbindən təxirə düşə biləcəyini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə agentliyin baş auditorunun yeni hesabatında qeyd olunub.
 
Sənədə əsasən, "Axiom Space" tərəfindən hazırlanan Ay skafandrlarının və mikroqravitasiya şəraitində işləmək üçün nəzərdə tutulan avadanlıqların sınaq mərhələsi ən azı 1.5 il gecikir və şirkət hazır həlləri yalnız 2027-ci ilin sonuna qədər təqdim etməyi planlaşdırır. Skafandrların nümayişi hətta 2031-ci ilə qədər təxirə salına bilər.
 
Bu gecikmələr "Artemis IV" proqramı çərçivəsində 2028-ci ildə astronavtların Ay səthinə eniş planlarını risk altına qoyur.
 
Qeyd edək ki, aprelin 1-də ABŞ "Artemis II" missiyasına start verib. Dörd astronavtdan ibarət ekipaj Ay ətrafında uçuş həyata keçirərək səthə təxminən 8 min kilometr məsafəyə qədər yaxınlaşıb. Aprelin 11-nə keçən gecə kosmik gəmi uğurla Yerə qayıdaraq Sakit okeanda, Kaliforniya sahilləri yaxınlığında eniş edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər