Yaponiyada hərbi poliqonda partlayış: Üç hərbçi həlak olub
Dünya
160
08:50, Bu gün

Yaponiyada hərbi poliqonda partlayış: Üç hərbçi həlak olub

Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasında yerləşən "Hidzuday" poliqonunda keçirilən hərbi təlimlər zamanı sursat partlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə NHK telekanalı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
 
Məlumatda bildirilib ki, hadisə nəticəsində üç hərbçi həyatını itirib, daha bir nəfər isə xəsarət alıb. Məlumata görə, məşqlər tank bölməsi tərəfindən icra olunurdu.
 
Hazırda Yaponiyanın Özünümüdafiə Qüvvələri tərəfindən xəsarət alan hərbçilərin sağlamlıq vəziyyətləri, partlayışın başvermə səbəbləri və hadisənin digər detalları araşdırılır. Bu məqsədlə sözügedən əraziyə cavabdeh olan Qərb Ordusu qərargahının nümayəndələri hadisə yerinə ezam ediliblər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər