“Bunlar yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”
Ekskluziv
424
09:47, Bu gün

“Bunlar yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”

“Belçika və Niderlandın Nümayəndələr Palatalarının ölkəmizlə bağlı qəbul etdiyi sənədlər yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu sənədlərdə Azərbaycanın beynəlxaq hüquqla təsbit edilmiş haqları pozulub, Ermənistanla sülh prosesini sarsıtmağa cəhd göstərilib:

“Belçika və NiderlandınNümayəndələr Palatalarının Azərbaycanla bağlı qəbul etdiyi sənədlər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, təhrif edilməsi deməkdir. Bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təhrif edilib, Ermənistanla dövlətimiz arasındakı münaqişənin həm tarixi, həm də nəticələri yanlış şəkildə təqdim olunub. Başqa cür desək, dövlətimizin fundamental, beynəlxalq hüquqda öz əksini tapan haqları pozulub.

Məlum sənədlərlə bağlı diqqət çəkən məqamlardan biri də bu sənədlərin məhz indi – Ermənistanla de-fakto sülhə nail olduğumuz, iki dövlət arasında qarşılıqlı inam və etimadın artırıldığı, ticarət əlaqələrinin genişləndirildiyi bir zamanda ortaya aılmasıdır. Bu fakt bir daha sübut edir ki, Belçika və Niderlandın Nümayəndələr Palatalarının 16 aprel 2026-cı il tarixində qəbul etdiyi sənədlər açıq-aşkar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa, Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə yönəlib.

Sülh və beynəlxalq hüquq əleyhinə olan bu sənədlər sübut edir ki, Qərbdəki bəzi qüvvələr Cənubi Qafqazdakı sülhdən açıq-aşkar narahatlıq duymaqdadırlar. Onlar öz məkirli niyyətlərini həyata keçirmək üçün yenidən Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə, iki dövlət arasında inamsızlıq, etimadsızlıq toxumları səpməyə çalışırlar. Lakin bütün təxribatçı qüvvələr bilməlidir ki, Azərbaycan dövləti öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlatdığı sülh prosesini uğurla başa çatdıracaq, bu prosesə mane olmağa çalışan məkirli qüvvələrin arzusu gözündə qalacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər