Vyanada
Şou-biznes
224
12 May 2026 | 22:30

Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Bakı vaxtı ilə saat 23:00-da "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə musiqi yarışmasının rəsmi saytında məlumat dərc olunub.

İlk olaraq səhnəyə Moldova nümayəndəsi çıxacaq, şounun bağlanışını isə Serbiya təmsilçisi edəcək.

Müsabiqədə təmsilçimiz JIVA (Cəmilə Həşimova) isə mayın 14-də keçiriləcək ikinci yarımfinalda 2-ci nömrə altında səhnəyə çıxacaq. O, ölkəmizi "Just Go" mahnısı ilə təmsil edəcək.

Qeyd edək ki, ikinci yarımfinal mayın 14-də, final mərhələsi isə mayın 16-da "Wiener Stadthalle" arenasında baş tutacaq. Mövcud qaydalara əsasən, hər yarımfinaldan ən yaxşı 10 iştirakçı, eləcə də "Böyük beşlik" ölkələrini - Avstriya, Fransa, Böyük Britaniya, İtaliya və Almaniyanı təmsil edən beş sənətçi birbaşa finala adlayır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər