Müğənni Nazənin Salayeva açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Moderator.az xəbər verir ki, sənətçinin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
O, həyatından çıxardığı insanlarla bağlı söylədiyi sözlərlə diqqət çəkib.
Nazənin Salayeva bildirib ki, artıq əvvəlki kimi hər kəs üçün çalışan və hamının köməyinə qaçan insan deyil:
"Mən zibilimi zibil yeşiyinə atandan sonra evimə gətirmirəm. Heç kim təzədən evinə zibil gətirmir. Demək ki, həyatımdan çıxan insanlar da elə olmalıdır".
Müğənni yaxın çevrəsində çox az insanın qaldığını da etiraf edib:
"Yanımda barmaq sayı qədər insan qalıb. Artıq əvvəlki kimi deyiləm. Əvvəllər hamının işinə birinci qaçırdım, məclislərinə birinci gedirdim. İndi axırıncı da olmaq istəmirəm".
Sənətçi yaxşılıq mövzusunda da sərt fikirlər səsləndirib:
"Yaxşılığın "Y" hərfi gələndə mənim başımdan tüstü çıxır. Həmişə deyirəm ki, yaxşılıq etməyin. Yaxşılıq etdiyiniz insan mütləq sizi kürəyinizdən vuracaq".
Onun bu sözləri izləyicilər arasında fərqli reaksiyalar doğurub. Bəziləri müğənninin yaşadığı həyat təcrübələrinin bu düşüncələrə səbəb olduğunu qeyd edib, digərləri isə yaxşılıqdan vaz keçməyin doğru olmadığını düşünərək fikirlərini bölüşüblər. /Musavat.com/