Dünya
241
17:15, Bu gün

"Danışıqlar ölü vəziyyətdədir": Ukrayna artıq ABŞ-a əvvəlki kimi güvənmir" - "The New York Times"

"Kiyev hesab edir ki, müharibənin taleyi məsələsində Vaşinqtona tam arxalanmaq artıq mümkün deyil..."

ABŞ prezidenti Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Vaşinqtonun Ukraynaya münasibəti dəyişib. 

Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.

ABŞ əvvəlki müttəfiq deyil

Nəşrin fikrincə, prezident Vladimir Zelenski də artıq ABŞ-la münasibətlərdə əvvəlki kimi asılı mövqe nümayiş etdirmir. Qeyd olunur ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları faktiki dayanıb. Zelenski isə açıq şəkildə bəyan edib ki, Vaşinqton hələ də Rusiyadan daha çox Ukraynaya təzyiq göstərir və Kiyevi ərazi güzəştlərinə sövq etməyə çalışır.

Sülh prosesi faktiki dayanıb

Avropanın "Rasmussen Global" siyasi konsaltinq" şirkətinin nümayəndəsi Harri Nedelku bildirib ki, hazırda real danışıqlar mövcud deyil. Onun sözlərinə görə, nə Rusiyanın kompromisə marağı var, nə də ABŞ artıq etibarlı vasitəçi təsiri bağışlayır.

Nəşr  yazır ki, bu vəziyyət Ukraynanı daha çox öz gücünə arxalanmağa məcbur edib. Kiyev müdafiə sənayesini genişləndirir, pilotsuz aparat istehsalını artırır və yeni beynəlxalq əməkdaşlıqlar qurur.

Ukraynanın NATO-dakı səfiri Alyona Getmançuk bildirib ki, istifadə olunan dronların əksəriyyəti artıq ölkə daxilində istehsal edilir və Ukrayna interseptor dronları Rusiya PUA-larının 60 faizdən çoxunu məhv edib.

ABŞ-sız mümkün deyil

Bununla belə, analitiklər hesab edir ki, Ukrayna ABŞ-dan tam uzaqlaşa bilməz. Ən böyük problem Amerika kəşfiyyat məlumatları və "MIM-104 Patriot" sistemləri ilə bağlıdır.

Ukraynalı siyasi analitik Vladimir Fesenko bildirib ki, bütün narazılıqlara baxmayaraq ABŞ hələ də sülh prosesinin əsas moderatorudur: "ABŞ ən ideal tərəfdaş olmaya bilər. Amma hazırda sülh prosesində ən təsirli oyunçu yenə də Vaşinqtondur və bizim alternativimiz yoxdur", - o vurğulayıb.

Bu arada Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələrinin yaxın vaxtlarda Moskva ilə yeni təmaslar keçirə biləcəyini açıqlayıb. Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak isə Vaşinqton nümayəndələrinin Moskvaya səfər etdiyini, lakin Kiyevə gəlmədiyini tənqid edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər