“Atam o geyimə görə mənimlə 2 il danışmadı”
Şou-biznes
166
08:15, Bu gün

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

"Bir dəfə elə bir geyimdə səhnəyə çıxmışdım ki, atam ona görə mənimlə 2 il danışmadı. İndi deyirəm ki, bunu niyə geyinmişdim?".
 
Bu sözləri müğənni Xatun Əliyeva "Full şou"da deyib.
 
O, əvvəllər açıq-saçıq geyimin insana məşhurluq gətirdiyini düşündüyünü etiraf edib:
 
"İlk dəfə səhnəyə çıxanda elə düşünürdüm ki, açıq-saçıq geyinmək insanı ulduz edir, hörmət gətirir. Ətrafımdakı insanların fikrinə uyaraq elə bir geyim hazırlanmışdı ki, mən heç vaxt belə libasda olmamışdım. Atam klipdə məni o geyimdə gördükdən sonra 2 il danışmadı. İndiki ağlım olsaydı, onu geyinməzdim. Hərdən böyüklərin sözünə qulaq asmaq lazımdır". (Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər