Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Siyasət
174
20:10, Bu gün

Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tədbirdə Belçika Xarici İşlər Nazirliyinin və Avropa İttifaqı (Aİ) rəsmilərinin nümayəndələri, həmçinin diplomatik korpusun üzvləri iştirak ediblər.

"Ənənəvi musiqi, zəngin mədəni irs, milli mətbəx və dostluq istiliyi ilə dolu atmosfer bu bayramı, həqiqətən, xüsusi edib", - paylaşımda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər