PSJ futbolçularına Çempionlar Liqasında qələbəyə görə veriləcək mükafatın məbləği açıqlandı
İdman
210
19:45, Bu gün

PSJ futbolçularına Çempionlar Liqasında qələbəyə görə veriləcək mükafatın məbləği açıqlandı

PSJ futbol klubunun oyunçuları UEFA Çempionlar Liqasının (ÇL) finalında "Arsenal"a qalib gələcəkləri təqdirdə bonus olaraq hərəyə təxminən bir milyon avro qazanacaqlar.

Moderator.az bu barədə "L'Équipe" nəşrinə istinadən xəbər verir.

Parislilər ötən mövsüm Çempionlar Liqasının finalında "İnter"i darmadağın etdikləri (5:0) zaman da eyni məbləğdə mükafat almışdılar.

Qeyd olunur ki, PSJ-də ÇL-nin dörddəbir final və yarımfinal mərhələlərindəki qələbələrə görə verilən mükafatlar nisbətən azdır.

Qeyd edək ki, PSJ və "Arsenal" arasında final görüşü mayın 30-da Budapeştdə keçiriləcək, oyunun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər