Onlar Azərbaycanı təbrik etdi - YENİLƏNİB
Siyasət
427
14:08, Bu gün

Onlar Azərbaycanı təbrik etdi - YENİLƏNİB

Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına təbriklərini ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, müvafiq təbriklər "X" sosial şəbəkəsində paylaşılıb.
 
Misir XİN Azərbaycanı səmimi qəlbdən təbrik edib, iki ölkə arasında dostluğun və əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini ifadə edib.
 
"Misir Müstəqillik Günü münasibətilə dost Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təbriklərini bildirir və ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir", - bəyanatda deyilir.
 
Yunanıstan XİN də Azərbaycanı milli bayram münasibətilə təbrik edib: "Müstəqillik Gününüz mübarək, Azərbaycan!".
 
İordaniya XİN qeyd edib: "Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edirik".
 
Ukrayna XİN Azərbaycanı "etibarlı dost və strateji tərəfdaş" adlandırıb.
 
"Etibarlı dostumuz və strateji tərəfdaşımız Azərbaycana ölkənin Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi bildiririk! Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, həmçinin ölkəmizə göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizin və bütün sahələrdə əməkdaşlığımızın çox müsbət dinamikasının davam etməsinə ümid edirik", - məlumatda bildirilib.
 
12:22
 
İsveç, Macarıstan, Xorvatiya, Mərakeş və Moldova səfirlikləri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər.
 
Moderator.az xəbər verir ki, müvafiq təbriklər diplomatik missiyaların sosial şəbəkələrində paylaşılıb.
 
İsveç səfirliyi qeyd edib: "Bu gün Azərbaycanın müstəqilliyinin və Azərbaycan Demokratik Respublikasınin elan edilməsinin 108-ci ildönümü qeyd olunur. Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi və ən xoş arzularımızı bildiririk. Müstəqillik Günün mübarək, Azərbaycan!".
 
Macarıstan səfirliyi bayram münasibətilə Azərbaycana sülh, sevinc və davamlı inkişaf arzulayıb.
 
Xorvatiyanın Azərbaycandakı səfirliyi də Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
"Azərbaycan xalqının Müstəqillik Günü mübarək!" - Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş yazıb.
 
Moldovanın Azərbaycandakı səfirliyi təbrikində Müstəqillik Gününün Azərbaycanın suverenliyi, milli birliyi və inkişafının rəmzi kimi əhəmiyyətini vurğulayıb.
 
"Azərbaycan dövlətinin suverenliyi, milli birliyi və fasiləsiz inkişafını simvolizə edən bu gözəl bayram ölkələrimiz arasındakı dostluq münasibətlərini, əməkdaşlığı və qarşılıqlı hörmət hissini xatırlamağa imkan verir. Bu əlaqələr Moldova Respublikasındakı Azərbaycan icmasında da fəxrlə əks olunur, onlar ölkənin inkişafına töhfə verirlər. Bu münasibətlə səfirlik bir daha ən səmimi təbriklərini və ənənəvi sülh və firavanlıq arzularını bildirir. Müstəqillik Günün mübarək, Azərbaycan!" - Moldova səfirliyinin məlumatında deyilir.
 
 O cümlədən, Fransanın Bakıdakı səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
 
 "Müstəqillik Günü münasibətilə Fransanın Azərbaycandakı Səfirliyi Azərbaycan xalqına səmimi təbriklərini çatdırır", - deyə səfirlik "X"dakı paylaşımda qeyd edib. 
 
Həmçinin, Albaniya, Litva Xarici İşlər Nazirlikləri (XİN), həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Katibliyi Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
 
Litva XİN Azərbaycan xalqına səmimi təbriklərini ünvanlayaraq, tərəfdaşlığa görə minnətdarlığını ifadə edib və ölkəyə sülh, sabitlik və iqtisadi firavanlıq arzulayıb.
 
GUAM Katibliyi də Azərbaycanın Müstəqillik Günü münasibətilə sosial şəbəkələrdə paylaşım edib.
 
"GUAM Katibliyi Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edir", - təşkilatın "X"dəki mesajında qeyd olunub.
 
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev və Serbiya, İtaliyanın Azərbaycandakı səfirlikləri Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıblar.
 
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika kimi Azərbaycan Demokratik Respublikasının yaradılmasının tarixi əhəmiyyətini qeyd edib.
 
"Biz respublikanın qurucularının xatirəsini yad edir, Azərbaycan xalqının gücünü, birliyini və nailiyyətlərini qeyd edirik. Azərbaycana davamlı sülh, firavanlıq və uğurlar arzulayırıq. Müstəqillik Günü mübarək!", - o əlavə edib.
 
Serbiya səfirliyi vurğulayıb: "Qardaş Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edirik! Arzu edirik ki, bu gün həmişə sülh, əmin-amanlıq və rifah şəraitində qeyd olunsun!".
 
İtaliya səfirliyi də Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib və ən xoş arzularını ifadə edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər