Siyasət
159
18:00, Bu gün

"Gəmi agenti haqqında Əsasnamə"də dəyişiklik edilib

Nazirlər Kabineti 8 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Gəmi agenti haqqında Əsasnamə"də dəyişiklik edib.

 

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, gəmi agentlərinin vəzifələri ilə bağlı bir sıra yeni tələblər müəyyənləşdirilib.

 

Belə ki, gəmi agenti səlahiyyətli şəxsi Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri, liman adətləri, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər, eləcə də ödənişlərin həyata keçirilməməsinin hüquqi nəticələri barədə məlumatlandırmalıdır.

 

Eyni zamanda, əsasnaməyə əlavə edilən yeni yarımbəndə əsasən, gəmilərin limana gəlməsi, limanda olması və limandan çıxması barədə məlumatlar aidiyyəti quruma elektron qaydada təqdim olunacaq.

 

Bundan başqa, gəmi agentləri səlahiyyətli şəxsin adından maliyyə tapşırıqları üzrə ödənişləri, o cümlədən tarif və xidmət haqları üzrə ödənişləri icra etməli və bununla bağlı sənədləri təqdim etməlidirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər