Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir
Siyasət
148
12:05, Bu gün

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir

Bu gün dünyada məskunlaşma ilə bağlı baş verən böhran təkcə binalarla bağlı deyil, bu insanların təhlükəsizlyi və imkanlara çıxışların əlçatan olması ilə bağlıdır. Birbaşa iqlimlə bağlı olan bu məsələ gələcək dayanıqlığı da üçün ehtiva edir. Ona görə də Ümumdünya Şəhərsalma Forumu olduqca vacibdir.

Moderator.az xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında deyib.

O bildirib ki, WUF burada müxtəlif maraqlı tərəfləri təmsil edir. Bunun əsas güclü cəhəti ondan ibarətdir ki, biz inklüziv yanaşmanı təşviq etməliyik. Bu, cəmiyyətin müxtəlif təbəqələrini, bərabərhüquqlu insanlar və tərəflər kimi bir araya gətirir. Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir. Forum qadınların, uşaqların, gənclərin, vətəndaş cəmiyyətinin səslərini bir araya gətirir. Yerli hökumət idarəetmə qrupları da bütün bu müzakirələrə cəlb olunaraq WUF13 ilə bağlı nəticələri bir araya gətirməlidirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər